Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərin Müraciət Xidmətinə 2017-ci ilin yanvar ayında daxil olan müraciətlər haqqında hesabat

03 fevral 2017 | 11:00

2017-ci ilin yanvar ayı ərzində Binəqədi Rayon İcra Hakimiyyəti Sakinlərin Müraciət Xidmətində (1646) cavablandırılan zənglərin sayı 2346, birbaşa cavablandırılan zənglərin sayı 1741, yaradılan əks əlaqələrin sayı 641, günlük orta zəng sayı 75, tərtib edilən şikayət vərəqələrinin sayı 605 olub.
Şikayət xarakterli müraciətin 605-nin  icrası təmin edilib, o cümlədən  466-sı və ya 77 %-i tam həll olunub,  74-ü və ya 12,3 %-i qismən həll edilib, 65-i və ya 10,7 %-i müvafiq izahat verilərək həll edilib.
Yanvar ayı üzrə daxil olmuş şikayətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə müraciətlərin 268-i və ya  44,3 %-i qaz təchizatı,  196-sı və ya 32,4 %-i su-kanalizasiya, 47-si və ya 7,8 %-i istilik təchizatı, 35-i və ya 5,8 %-i lift problemləri,  23-ü və ya 3,8 %-i sakinləri narahat edən digər məsələlər, 22-i və ya 3,6 %-i elektrik təchizatı ilə bağlı, 5 -i və ya 0,8 %-i yaşıllaşdırma idarəsi ilə əlaqədar, 5-i və ya 0,8 %-i məişət tullantıları ilə əlaqədar, 4-ü və ya 0,7 %-i küçələrin işıqlandırılması idarəsi ilə bağlı olub.
Xidmətə ay ərzində 17 təşəkkür müraciəti daxil olub.

 

Keçidlər