Xocəsən qəsəbəsindəki Avtovağzal ərazisində, Metronun depo stansiyasının tikintisi altına düşən hissəsində yerləşən yaşayış evlərinin sökülməsi ilə bağlı yaradılan Qərargahda sakinlərlə növbəti görüş keçirildi
6 fevral 2017-ci il tarixdə rayonun Xocəsən qəsəbəsindəki Avtovağzal ərazisində, Metronun depo stansiyasının tikintisi altına düşən hissəsində yerləşən yaşayış evlərinin sökülməsi ilə bağlı əhali arasında maarifləndirmə və izahat işləri aparmaq məqsədilə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanovun sədrliyi ilə yaradılan Qərargahda sakinlərlə növbəti görüş keçirildi.
Görüşdə İlqar Süleymanov və metropolitenin əməkdaşları söküntü ilə əlaqədar sakinlərə kompensasiyanın hesablanması və verilməsi qaydalarını izah etdi, bu sahədə mövcud qanunvericilik barədə sakinlərlə maarifləndirmə işləri apardılar.
Sonra İlqar Süleymanov və görüşdə iştirak edən digər rəsmi şəxslər sakinləri maraqlandıran suallara cavab verdi, sakinləri narahat edən məsələlərə aydınlıq gətirildi.
Sakinlər onlara verilən cavablardan və izahatlardan razı qaldıqlarını bildirdilər.