Şriftin ölçüsü :

Saytın rəngi :

“FAB boya və kimya sənayesi ” MMC şirkətinin əməkdaşları ilə görüş keçirildi

04 fevral 2017 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılovun iştirakı ilə “FAB boya və kimya sənayesi ” MMC şirkətinin əməkdaşları ilə görüş keçirildi.
Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Yəhya Əliyev və şöbənin əməkdaşları iştirak etdilər, şirkətdə ümumi  istehsal prosesi, xaricdən gətirilmiş avadanlıqlar, istehsal edilən məhsullar, işcilər üçün yaradılmış iş şəraiti, həmçinin onların qidalanması və istirahət vaxtı üçün yaradılan şəraitlə yaxından tanış oldular. Eyni zamanda, şirkətin fəaliyyətində gələcəkdə nəzərdə tutulan inkişaf istiqamətləri, nəzərdə tutulan ölkələrə məhsulların ixracı, istehsal prosesində xaricdən gətirilən xammal məhsulları haqqında fikir mübadiləsi aparıldı, işsizliyin aradan qaldırılması, məşğulluğun artırılması, ölkə iqtisadiyyatının inkişafı istiqmətində belə muəssisələrin fəaliyyətinin artırılması vacib şərtlərdən olduğu qeyd edildi, rayonun sosial-iqtisadi fəaliyyəti, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması istiqamətində müzakirələr edildi.
Rayon İcra Hakimiyyətinin başçısının müavini Vüsar İsmayılov görüş zamanı bildirdi ki, “Azərbaycan Respublikasının milli iqtisadiyyat prespektivi üzrə Strateji Yol Xəritəsi” Azərbaycan Respublikasının neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafı, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı, ağır sənaye və maşınqayırmanın inkişafı, ixtisaslaşmış turizm sənayesinin inkişafı, logistika və ticarətin inkişafı, uyğun qiymətə mənzil təminatının inkişafı və s. ölkəmizdə iqtisadiyyatın yaxşılaşdırılmasında əhəmiyyətli rol oynayacaqdır. Tədbir zamanı çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında və 12 yanvar 2017-ci il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun sədrliyi ilə Binəqədi Rayon İcra Hakimiyyətində keçirilmiş müşavirədə səsləndirilən fikirlərə toxunaraq qeyd etdi ki, ölkədə gedən sosial-iqtisadi inkişaf 2016-cı ildə də uğurla davam etmiş və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən strateji əhəmiyyətli sənədlərin imzalanması və icrası 2017-ci ildə də Respublikamızın iqtisadiyyatının inkişafında mühüm rol oynayacaqdır.
Sonda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Vüsar İsmayılov şirkətin əməkdaşları ilə birgə qeyd olunan məsələlərlə bağlı fikir mübadiləsi apardı və verilən sualları cavablandırdı.

Keçidlər