Şriftin ölçüsü :

Saytın rəngi :

“15 May - Beynəlxalq Ailə Günü” münasibətilə Binəqədi rayonunda uzun illər birlikdə ömür sürmüş, cəmiyyətdə nüfuz qazanmış bir neçə ailə ziyarət olundu

15 may 2025 | 18:42

“15 May - Beynəlxalq Ailə Günü” münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının qəsəbə və sahə inzibati dairələri üzrə nümayəndəliyinin, bələdiyyələrin əməkdaşları rayon ərazisində uzun illər birlikdə ömür sürmüş, cəmiyyətdə nüfuz qazanmış bir neçə ailəni - 28 May qəsəbəsində Azərbaycanın Milli Qəhrəmanı Yavər Şahbazovun valideynlərini, 8-ci mikrorayon ərazisində 38 ildir birlikdə ömür sürən Əiyevlər ailəsini, M.Ə.Rəsulzadə qəsəbəsində 54 ildir birlikdə ömür sürən Həsənovlar ailəsini, Xocəsən qəsəbəsində 55 ildir birlikdə ömür sürən Məmmədovlar ailəsini, Binəqədi qəsəbəsində 60 ildir birlikdə ömür sürən Bayramovlar ailəsini, Biləcəri qəsəbəsində 67 il birlikdə ömür sürən Quliyevlər ailəsini ziyarət etdilər.

Gənc nəslə nümunə olan bu ailələr uzunömürlü nigahlarının sirrlərini bölüşdülər.

Bu nümunəvi ailələrimizin üzvlərinə cansağlığı və xoşbəxtlik arzu edirik!

Keçidlər