Şriftin ölçüsü :

Saytın rəngi :

“15 May - Beynəlxalq Ailə Günü” münasibətilə bir neçə ailə ziyarət edildi

16 may 2026 | 08:04

15 may 2026-cı il tarixində “15 May - Beynəlxalq Ailə Günü” münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının qəsəbə və sahə inzibati dairələri üzrə nümayəndəliyinin, bələdiyyələrin əməkdaşları rayon ərazisində uzun illər birlikdə ömür sürmüş, cəmiyyətdə nüfuz qazanmış bir neçə ailəni - Xocəsən qəsəbəsində Eyvazov Vaqif Eyvaz oğlunun ailəsini, Binəqədi qəsəbəsində yaşayan Mahmudov Bəhram Mahmud oğlunun ailəsini, Biləcəri  qəsəbəsində Cabarov Daşdəmir Meşədibaba oğlunun ailəsini, 28 May  qəsəbəsində yaşayan Qasımov Əli Zülfüqar oğlunun ailəsini, 7-ci mikrorayon ərazisində yaşayan Heydərovlar ailəsini, M.Ə.Rəsulzadə qəsəbəsində 49 il birlikdə ömür sürən Əhmədovlar ailəsini ziyarət etdilər.

Gənc nəslə nümunə olan bu ailələr uzunömürlü nigahlarının sirrlərini bölüşdülər.

Bu nümunəvi ailələrimizin üzvlərinə cansağlığı və xoşbəxtlik arzu edirik!

Keçidlər