Şriftin ölçüsü :

Saytın rəngi :

15 May – Beynəlxalq Ailə Gününə həsr edilmiş “Dəyərlərimizi yaşadan ailə” adlı maarifləndirici tədbir keçirildi

15 may 2026 | 15:26

15 may 2026-cı il tarixində 15 May – Beynəlxalq Ailə Gününə həsr edilmiş “Dəyərlərimizi yaşadan ailə” adlı maarifləndirici tədbir keçirildi.

Tədbirin əsas məqsədi ailə institutunun cəmiyyətdəki əhəmiyyətini, milli-mənəvi dəyərlərin qorunmasında ailənin rolunu və sağlam ailə münasibətlərinin formalaşdırılmasının vacibliyini iştirakçıların diqqətinə çatdırmaq oldu.

Tədbirdə çıxış edənlər qeyd etdilər ki, ailə insanın ilk məktəbi, ilk dayağı və ilk sevgisidir. İnsan həyatında mənəvi dəyərlərin, qarşılıqlı hörmətin, qayğıkeşliyin və məsuliyyət hissinin formalaşmasında ailənin rolu əvəzsizdir. Hər bir insan danışmağı, paylaşmağı, sevgini və hörməti ilk olaraq ailədə öyrənir. Sağlam təməl üzərində qurulan ailə cəmiyyətin inkişafına və gələcək nəslin düzgün formalaşmasına mühüm töhfə verir.

Maarifləndirici görüş boyu aparıcı moderatorlar – şüuraltı terapist və yaşam kouçu Leyla Şirinova, həmçinin psixoloq Təhminə Məmmədova ailə münasibətləri, valideyn-övlad ünsiyyəti, qarşılıqlı anlayış, emosional bağlılıq və ailə dəyərlərinin qorunması mövzularında geniş çıxışlar etdilər. Tədbir çərçivəsində müzakirəyə çıxarılan 8 mövzu ətrafında iştirakçılarla fikir mübadiləsi aparıldı, ailə münasibətlərində sağlam ünsiyyətin və qarşılıqlı dəstəyin əhəmiyyəti xüsusi vurğulandı.

Çıxışlarda bildirildi ki, müasir dövrdə ailə dəyərlərinin qorunması, milli-mənəvi irsin gələcək nəsillərə ötürülməsi və sağlam ailə modelinin təbliği hər bir cəmiyyət üçün prioritet məsələlərdən biridir. Bu baxımdan maarifləndirici tədbirlərin keçirilməsi ailə institutunun möhkəmləndirilməsi istiqamətində mühüm əhəmiyyət daşıyır.

Tədbirin bədii hissəsində” Natiqlik” dərnəyinin üzvlərinin iştirakı ilə ailə münasibətlərinə və milli dəyərlərə həsr olunmuş kiçik səhnəcik nümayiş etdirildi. İştirakçılar tərəfindən maraqla qarşılanan səhnəcik ailədaxili münasibətlərdə qarşılıqlı anlayışın və sevginin vacibliyini bir daha nümayiş etdirdi.

Sonda tədbir iştirakçıları ilə birgə xatirə şəkli çəkdirildi və ailə dəyərlərinin qorunmasının cəmiyyətin sağlam inkişafı üçün əsas amillərdən biri olduğu qeyd olundu.

Keçidlər