Şriftin ölçüsü :

Saytın rəngi :

15 sentyabr 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 7-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.

16 sentyabr 2022 | 15:48

15 sentyabr 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 7-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.

Görüşdə YAP Binəqədi Rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Müstəqilliyimizin, ərazi bütövlüyümüzün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra görüş açıq elan edildi. Daha sonra görüşdə iştirak edən qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin binaların qarşısında istirahət etmək üçün şərait yaradılması və məişət tullantısı konteynerlərinin yerinin dəyişdirilməsi, istismar vəziyyəti başa çatmış liftlərin dəyişdirilməsi, Azadlıq prospektində piyada zolağının rənglənməsi, su xəttinin tez-tez sıradan çıxması nəticəsində asfalt örtüyünün yararsız hala düşməsi, Azadlıq prospektində yerüstü keçidin eskalotorunun işləməsində müəyyən problemin olması və vətəndaşların işlə təmin olunması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Keçidlər