Şriftin ölçüsü :

Saytın rəngi :

“Cəsurlar” hərbi idman və turizm oyununun rayon mərhələsi keçirildi

06 aprel 2013 | 10:00

Binəqədi rayon Gənclər və İdman İdarəsinin 2013-cü il tədbirlər planına uyğun olaraq yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi, məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə 05 aprel 2013-cü il tarixdə Daxili Qoşinların Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində “Cəsurlar” hərbi idman və turizm oyununun rayon mərhələsi keçirildi.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov və Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov çıxış edərək bu cür tədbirlərin keçirilməsinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynadığını vurğuladılar.
217 nəfər şagirdin iştirak etdiyi yarışın nəticələrinə görə 157 saylı tam orta məktəbin komandası birinci, 248 saylı tam orta məktəbin komandası ikinci, 182 saylı tam orta məktəbin komandası isə üçüncü yerə layiq görüldü.
Qalib gəlmiş 157 saylı tam orta məktəbin komandası 06 aprel 2013-cü il tarixdə C. Naxçıvanski adına  hərbi liseydə keçiriləcək Bakı şəhər mərhələsində iştirak etmək üçün vəsiqə qazandı.

Keçidlər