Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun İstilik Sistemlərinin İstismarı Sahələrində vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması vəziyyətinin monitorinqi keçirildi

03 fevral 2017 | 11:00

Qış fəslində sakinlərin fasiləsiz və normaya uyğun temperaturda istiliklə təmin edilməsi ilə əlaqədar Rayon İcra Hakimiyyəti başçısının tapşırığı əsasında Aparatın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elnur İmanov rayon ərazisində fəaliyyət göstərən İstilik Sistemlərinin İstismarı Sahələrində (İSİS) vətəndaşların qəbulu, onların qaldırdığı məsələlərin həll edilməsi ilə yaxından tanış oldu.
Elnur İmanov İSİS əməkdaşları ilə görüşündə vətəndaşların qəbulu, onların istiliklə əlaqədar problemlərinin operativ həll edilməsi mexanizmi ilə əlaqədar müvafiq tövsiyələrini verdi. O, həmçinin vətəndaşların qəbulunda şəxsən iştirak etdi. Qəbul zamanı vətəndaşların qaldırdığı məsələlərin bir çoxu yerində həll edildi və digər məsələlərlə bağlı müvafiq addımların atılması üçün tapşırıqlar verdi.

Keçidlər