2017-ci ilin yanvar ayı ərzində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatına vətəndaşlar tərəfindən daxil olan müraciətlər haqqında məlumat
2017-ci ilin yanvar ayı ərzində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatına vətəndaşlardan, ümumilikdə, 274 müraciət (ötən ayla müqayisədə 48 müraciət az) daxil olub.
Hesabat dövründə Binəqədi rayonundan daxil olmuş vətəndaş müraciətlərindən 198-i ərizə (daxil olan müraciətlərin 72,3%-i; o cümlədən, ötən ayla müqayisədə 47 müraciət və ya 19,2% az) və 76-sı (daxil olan müraciətlərin 27,7%-i; o cümlədən, ötən ayla müqayisədə 1 müraciət az) şikayət olub.
Müraciətlər daha çox Binəqədi qəsəbəsi üzrə 57 müraciət, 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə 53 müraciət, Biləcəri qəsəbəsi üzrə 49 müraciət, Rəsulzadə qəsəbəsi üzrə 31 müraciət, Xocəsən qəsəbəsi üzrə 30 müraciət, 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə 23 müraciət, 28 May qəsəbəsi üzrə 3 müraciət daxil olub.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından 96 (daxil olmuş müraciətlərin 35%-i), Milli Məclisdən 2 (daxil olmuş müraciətlərin 0,7%-i), Nazirlər Kabinetindən 4 (daxil olmuş müraciətlərin 1,5%-i) və digər qurumlardan 33 (daxil olmuş müraciətlərin 12%-i) müraciət daxil olub.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında 2017-i ilin yanvar ayı ərzində 417 vətəndaş, o cümlədən, Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 20 vətəndaş qəbul edilib.