Şriftin ölçüsü :

Saytın rəngi :

Xocəsən qəsəbəsindəki Avtovağzal ərazisində, Metronun depo stansiyasının tikintisi altına düşən hissəsində yerləşən yaşayış evlərinin sökülməsi ilə bağlı yaradılan Qərargahda sakinlərlə növbəti görüş keçirildi

08 fevral 2017 | 11:00

8 fevral 2017-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov Xocəsən qəsəbəsindəki Avtovağzal ərazisində, Metronun depo stansiyasının tikintisi altına düşən hissəsində yerləşən yaşayış evlərinin sakinləri ilə növbəti görüşü keçirildi.
Görüşdə Bakı Metropoliteninin məsul işçiləri, Xocəsən bələdiyyəsinin sədri Anar Abbasov, RİH başçısının Xocəsən qəsəbəsi üzrə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlikiram Haqverdiyev iştirak etdilər.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov və metropolitenin əməkdaşları söküntü ilə əlaqədar sakinlərə kompensasiyanın hesablanması və verilməsi qaydalarını izah edərək bu sahədə mövcud qanunvericilik barədə sakinlərlə maarifləndirmə işləri apardılar.
Sonra İlqar Süleymanov və görüşdə iştirak edən digər rəsmi şəxslər sakinləri maraqlandıran suallara cavab verdilər və onları narahat edən məsələlərə aydınlıq gətirdilər.

Keçidlər