Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda yerləşən orta ümumtəhsil məktəblərində çalışan psixoloqlar üçün “Məktəb psixoloqlarının şagird həyatında rolu” mövzusunda psixoloji təlim keçirildi

11 fevral 2017 | 11:00

11 fevral 2017-ci il tarixdə Binəqədi Rayon Gənclər evində Binəqədi Rayon İcra  Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayonda yerləşən orta ümumtəhsil məktəblərində çalışan psixoloqlar üçün “Məktəb psixoloqlarının şagird həyatında rolu” mövzusunda psixoloji təlim keçirildi.
Təlimdə Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər  şöbəsinin baş məsləhətçisi Seymur Hacıyev, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, ekspert-Bakı Mühəndislik Universitetinin “Psixoloji məsləhət şöbəsi”nin müdiri, “İmzam” Təhsil Mərkəzinin müəllim-psixoloqu Hüseyn Xəlilov və orta ümumtəhsil məktəblərin psixoloqları iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova məktəb psixoloqlarının uşaqların cəmiyyətdə sağlam və layiqli vətəndaş olaraq öz yerini tutmasında, onların problemlərinin vaxtında aşkar edilməsində və aradan qaldırılmasında olan rolunun əhəmiyyətindən danışdı.
Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Seymur Hacıyev məktəblərdə çalışan psixoloqların peşəkarlığının artırılması üçün belə təlimlərin keçirilməsinin böyük əhəmiyyətindən danışaraq, uşaqların inkişafı, onların yaşına uyğun olaraq məsuliyyətlərini yerinə yetirməsi, digər şəxslərlə münasibət qura bilməsi, ailə və cəmiyyətin qaydalarına uyğun davranmasında psixoloq məsləhətinə böyük ehtiyac duyduğunu vurğuladı.
Təlimçi Hüseyn Xəlilov təlimi - müəllim və şagird şəxsiyyətinin psixologiyası, məktəb və valideyn münasibətləri istiqamətində quraraq psixoloqlara məktəblilərlə, onların valideynlərlə  və eyni zamanda pedaqoji  kollektiv ilə də praktik işlər aparılması sahəsində öz tövsiyələrini verdi.
Təlim diskussiya formasında davam etdirildi və məktəb psixoloqlarının xahişini nəzərə alaraq davamlı keçirilməsi nəzərdə tutuldu.

 

Keçidlər