Binəqədi rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının beşinci ildönümünə həsr olunmuş tədbir keçirildi
13 fevral 2017 | 11:00
13 fevral tarixində YAP Binəqədi rayon təşkilatının inzibati binasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının beşinci ildönümünə həsr olunmuş tədbir keçirildi.
Keçirilən tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, SHXÇDX-nin rayon idarəsinin rəisi Novruz Rəhimov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, Azərbaycan Respublikasının Milli qəhrəmanı Mirzə Quliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinin müavinləri, SHXÇDX-nin rayon idarəsinin əməkdaşları, rayon ərazisində yerləşən hərbi hissələrin əsgərləri, rayonun orta ümumtəhsil müəssisələrinin ibtidai hərbi hazırlıq müəllimləri, Şahinlər hərbi idman oyununun iştirakçıları, rayon ərazisində fəaliyyət göstərən İctimai birliklərin sədrləri və fəal gənclər iştirak etdilər.

Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildirdilər.
Daha sonra tədbir Azərbaycan Dövlət Himni ilə açıq elan olundu. Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Səfərbərlik marşı” filmi nümayiş edildi.
Daha sonra çıxış edənlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon İdarəsinin rəisi Novruz Rəhimov, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi, fəal gənc Cavid Abdullayev, 297 nömrəli orta məktəbin İbtidai hərbi hazırlıq müəllimi Abdulla Seyidov, Qarabağ Müharibəsi Veteranı Vəfalı Sofiyev, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov bildirdilər ki, dünyada nüfuz sahibinə çevrilən Azərbaycan öz inkişaf tempi ilə ciddi nailiyyətlər əldə etmiş, strateji prioritetlərinin reallaşdırılması istiqamətində mühüm addımlar atmışdır. Ölkəmizin iqtisadi qüdrətinin gündən-günə artması hərtərəfli inkişafı təmin etməklə yanaşı, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin xüsusi diqqəti ilə davam etdirilən ordu quruculuğu prosesinə də əhəmiyyətli təkan verməkdədir. Son illərdə Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyət və ardıcıllıqla apardığı siyasət nəticəsində Azərbaycanın hərbi potensialı dəfələrlə artmış, silahlı qüvvələrimiz öz döyüş qabiliyyətinə görə regionun ən güclüləri sırasında yer almışdır. Ötən il aprel ayında təmas xəttində baş verən hadisələrdə Azərbaycan ordusunun qətiyyətli mübarizəsi ordu quruculuğumuzun inkişafını bir daha təsdiq etdi. Natiqlər qeyd etdilər ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyəti dövlətin, xalqın və Ali Baş Komandanın etimadını doğrultmaq, üzərinə düşən məsul və şərəfli vəzifələri layiqincə yerinə yetirmək üçün bundan sonra da böyük səy və fədakarlıqla çalışacaqlar.
Çıxışlardan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon İdarəsinin bir qrup əməkdaşları təltif edildilər.Mükafatlandırma mərasimindən sonra tədbir bədii hissə ilə yekunlaşdırıldı.