Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar ağacəkmə aksiyası keçirildi
Azərbaycan dövlətinin banisi və qurucusu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin rayonda layiqincə keçirilməsini təmin etmək məqsədilə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən “Binəqədi rayonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin qeyd edilməsi haqqında” 22 fevral 2013-cü il tarixli 65 saylı sərəncamla Tədbirlər Planı təsdiq edilib.
Tədbirlər Planında keçirilməsi nəzərdə tutulmuş tədbirlərə artıq start verilib.
06 aprel 2013-cü il tarixdə7-ci mikrorayon, “Dərnəgül” metro stansiyasının yaxınlığında yerləşən istirahət parkında Binəqədi Rayon İcta Hakimiyyətinin, rayonun idarə, təşkilat və müəssisə rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin və millət vəkillərinin iştirakı ilə ağacəkmə aksiyası keçirildi. Aksiya çərçivəsində parkın ərazisində 400 ədəd zeytun və şam ağacları əkildi.
Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş musiqi nömrələri səsləndirildi.