Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında Şura iclası keçirildi

13 fevral 2017 | 11:00

13 fevral tarixində Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun sədrliyi ilə şura iclası keçirildi. 
Şura iclasında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, qəsəbə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, bələdiyyələr, kommunal və bir sıra strukturların rəhbərləri iştirak etdilər.
Müşavirədə Azərbaycan Respublikasının Prezidentinin 30 dekabr 2016-cı il tarixli “Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanının icrası və 10 fevral 2017-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar görüləcək işlər haqqında müzakirələr aparıldı.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Şura iclasını açaraq, gündəlikdə duran məsələni elan etdi. O bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2016-cı il tarixli “Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanının icrası ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun sədrliyi,  Prezident Administrasiyası rəhbərinin müavini, regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevin iştirakı ilə müşavirə keçirildi. Keçirilən müşavirədə həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələri, “Azərişıq”, “Azəravtoyol”, “Azərsu” ASC-lərin sədrləri, ARDNŞ-ın “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru, Bakı şəhəri rayonlarının və Abşeron rayonunun icra hakimiyyətlərinin başçıları, Bakı Apelyasiya Məhkəməsinin, Bakı şəhərinin, paytaxt rayonlarının və Abşeron rayon məhkəmələrinin sədrləri, prokurorları, polis idarələrinin rəisləri, Bakı şəhər rayonlarının və Abşeron Rayon İcra Hakimiyyəti başçılarının qəsəbə, kənd və sahə inzibati ərazi dairələri üzrə nümayəndələri və bələdiyyə sədrlərinin də iştirak etdiyi qeyd edildi.
Bildirildi ki, müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bu sahədəki mövcud vəziyyət, buraxılmış nöqsanlar və görüləcək tədbirlərlə bağlı məlumat vermiş, Prezident Administrasiyası rəhbərinin müavini, regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev Fərmanın icrası ilə əlaqədar qarşıda duran vəzifələrlə bağlı ölkə prezidentinin ciddi tapşırıq və tövsiyələrini müşavirə iştirakçılarına çatdıraraq, təcili təxirəsalınmaz tədbirlər görülməsinin zəruriliyini, Fərmanın icrası ilə əlaqədar nöqsanlara yol vermiş şəxslər barəsində müvafiq ciddi cəza tədbirlərinin görüləcəyini qeyd etmişdir.
Bakı şəhərində iqtisadi inkişaf, əhalinin sayının artması, çoxlu sayda müxtəlif təyinatlı binaların və obyektlərin tikintisi, xüsusilə də böyük sayda fərdi yaşayış evlərinin inşası şəhər təsərrüfatına, onun infrastrukturuna, o cümlədən mühəndis-kommunikasiya təminatı obyektlərinə düşən yükü dəfələrlə artırmışdır.
Bakı şəhərində bir sıra mühəndis-kommunikasiya, o cümlədən yağış kanalizasiya sistemlərinin hazırkı inkişaf vəziyyəti və şəhər təsərrüfatının tələblərinə cavab verən səviyyəyə çatdırılması üçün təkmilləşdirilməsi, bəzi məhdudlaşdırma tədbirləri də daxil olmaqla əlavə və uzunmüddətli işlərin görülməsini tələb edir.
“Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2016-cı il tarixli Fərman imzalamışdır.
Fərmana əsasən yerli icra hakimiyyəti orqanları tərəfindən Bakı şəhərinin ərazisində Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinə uyğun olaraq bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı bələdiyyənin qərarı qəbul edilənədək torpaq sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma, ərazi planlaşdırılması sənədlərinə uyğunluğu baxımından rəy verilməsi 2017-ci il yanvarın 1-dən etibarən müvəqqəti dayandırılması, Bakı şəhəri üzrə ərazi planlaşdırılması sənədlərinin sifarişi ilə bağlı verilən layihə tapşırıqlarında şəhərin ərazisinin baş və müfəssəl planlarında şəhərsalma məqsədləri baxımından tikintilərin növü və miqyası ilə bağlı torpaqlardan istifadəsi təsbit edilmiş ərazilərin zonalaşdırılması zamanı həyətyanı torpaq sahələri olan yaşayış evləri tikiləcək zonaların planlaşdırılmasına yol verilməməsi, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti 2017-ci il martın 1-dək Bakı şəhərinin ərazisinin peyk təsviri vasitəsilə ortofotolarının hazırlanmasını təmin edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməsi, Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhərinin inzibati ərazi vahidi hüdudlarında təşkil olunmuş bələdiyyələr tərəfindən tikinti üçün mülkiyyətə bu Fərman qüvvəyə mindikdən sonra ayrılmış torpaq sahələrində tikinti obyektinin inşasının aparıldığını aşkar etdikdə, tikinti işlərinin dayandırılması üçün dövlət şəhərsalma nəzarəti qaydasında müəyyən edilmiş tədbirlər görülməsi və bununla bağlı rübdə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim edilməsi tapşırılmışdır.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov Fərmanın icrası ilə əlaqədar Aparatın müvafiq şöbələrinə, hüquq-mühafizə orqanlarının rəhbərlərinə, inzibati və sahə inzibati ərazi dairələri üzrə nümayəndələrə, bələdiyyə sədrlərinə, kommunal və təsərrüfat xidmətlərinin rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələr verdi.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında Şura qeyd olunan məsələni müzakirə edərək qərar layihəsini qəbul etdi.

Keçidlər