Şriftin ölçüsü :

Saytın rəngi :

“ASAN könüllüləri”nin növbəti 7-ci qrupu Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçməyə başladılar

14 fevral 2017 | 11:00

14 fevral tarixində Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçməyə başlayan “ASAN Könüllüləri Gənclər Təşkilatı”nın Master-2 layihəsi çərçivəsində 7-ci qrupunun üzvləri ilə görüş keçirildi.
Görüşdən öncə könüllü gənclər YAP Binəqədi rayon təşkilatının inzibati binası, Heydər Əliyev adına istirahət parkı, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının inzibati binası ilə  tanış oldular və onlara ətraflı məlumat verildi. Tanışlıq zamanı könüllülərə bildirildi ki, cənab Prezident İlham Əliyevin tapşırığı ilə yaradılmış ASAN xidmətin ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində əhəmiyyətindən və bütövlükdə məmur-vətəndaş münasibətlərində şəffaflığın təmin olunmasındakı rolu, gənclərin bu işə könüllü qoşulmasını yüksək qiymətləndirilir. O cümlədən, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə yaradılmış “ASAN xidmət” mərkəzinin təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda, beynəlxalq miqyasda örnək kimi qəbul olunduğu vurğulandı.
Fevral ayının 15-dən etibarən 10 nəfər gəncdən ibarət “ASAN könüllüsü” Binəqədi RİH başçısı Aparatında iki aylıq iş təcrübəsinə başladılar, onlar peşə istiqamətlərinə uyğun olaraq öz istəklərinə əsasən müvafiq şöbələr üzrə bölüşdürüldülər.

Keçidlər