Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Narkomaniya - ümumbəşəri bəla” mövzusunda tədbir keçirildi

14 fevral 2017 | 11:00

Fevralın 14-də Binəqədi  rayonu, 276 nömrəli tam orta məktəbdə Bakı şəhər BPİ-nin təşkilatçılığı və təşəbbüsü ilə “Narkomaniya - ümumbəşəri bəla” mövzusunda tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Seymur Hacıyev, Binəqədi Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov, məktəbin direktoru Bəhram Şiriyev və  məktəbin şagirdləri iştirak etdilər.
Tədbirdə çıxış edən Binəqədi Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov bildirdi ki, narkomaniya bəlasının ictimai təhlükəsi ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verərək, yoluxucu xəstəlik kimi cəmiyyəti təhdid edir. Gənclərimizin sağlam ruhda böyüməsi üçün  hər bir vətəndaş bu bəlaya qarşı mubarizəyə qoşulmalıdır.
Dialoq şəkilində davam edən tədbirdə məktəbin direktoru Bəhram Şiriyev yeniyetmələrin zərərli vərdişlərdən - narkomaniyadan qorunması üçün polis-məktəb əlaqələrinin əhəmiyyətindən danışdı və ictimaiyyətin birgə fəaliyyətinin zəruriliyini diqqətə çatdırdı.
Sonra tədbir diskussiya şəkilində davam etdirildi.

Keçidlər