Şriftin ölçüsü :

Saytın rəngi :

"Kitab tutan əllər” layihəsi çərçivəsində tədbir keçirildi

14 fevral 2017 | 11:00

14 Fevral – Beynəlxalq Kitab Bağışlama Günüdür. Bayramlar ən çox uşaqları sevindirir. Uşaqlara ən gözəl hədiyyə, əlbəttə ki, kitabdır. Bu bayram uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirir.
Biləcəri bələdiyyəsinin İctimai-humanitar sektorunun təşəbbüsü ilə "Kitab tutan əllər” layihəsi çərçivəsində keçirilən tədbirdə 298 saylı uşaq bağçasının körpə fidanlarını  Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev, bələdiyyənin icraçı katibi Nazir İsgəndərov və YAP Binəqədi rayon təşkilatı Biləcəri qəsəbəsi, A.Zeynallı 37A (Biləcəri bələdiyyəsi) ərazi ilk partiya təşkilatı uşaqları özün boya kitabları və rəngli qələmlərlə sevindirdilər.
Tədbirdə bağçanın fidanları özlərinə məxsus maraqlı səhnəciklər, şeir və mahnılarla tədbirə xüsusi rəngarənglik qatdılar.

Keçidlər