Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunun əhalisinin icbari tibbi müayinədən keçiliməsinə başlanmışdır

21 fevral 2017 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 2017-ci ilin fevral ayının 15-dən may ayının 1-dək əhalinin tibbi müayinədən keçirilməsinə başlanmışdır. Tibbi müayinənin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xüsusi komissiya yaradılmışdır. Komissiyanın işinə yerli icra və bələdiyyə orqanlarının, müvafiq dövlət qurumlarının rəhbərləri, habelə müayinənin keçiriləcəyi tibb müəssisələrinin tibbi personalı cəlb edilmişlər. Qeyd etmək lazımdır ki, əhalinin tibbi müayinədən keçirilməsi rayonun 8 tibb müəssisəsi tərəfindən həyata keçirilir. (Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının Poliklinika şöbəsi, Xocəsən Sağlamlıq Mərkəzi, 9,10, 15,25,27 və 35 saylı şəhər poliklinikası). Sözügedən bütün səhiyyə ocaqlarında əhalinin tibbi-proflaktik müayinədən keçirilməsi üçün hərtərəfli şərait yaradılıb.

 

 

 

Keçidlər