Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər davam etdirilir
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar silsilə tədbirlərin davamı olaraq 13 aprel 2013-cü il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının birgə təşkilatçılığı ilə bir qrup rayon fəalları Dövlət Bayrağı Meydanı və Muzeyini ziyarət etdilər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən“Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə”2007-ci il noyabrın 17-də imzalanan Sərəncama əsasən inşa olunan Dövlət Bayraq Meydanını ziyarət edən rayon fəalları daha sonra Dövlət Bayraq Muzeyində Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqlarınbayraqlarına, XVII-XVIII əsrlərə aid bayraqların uc elementləri, gerblər, Azərbaycan Respublikasının müxtəlif illərdə qəbul olunmuş Konstitusiya broşüraları, poçt markaları, pul nişanlarının nümunələri, orden və medallar, Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin yaranması, formalaşması və inkişafını, Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi ilə bağlı fəaliyyətini əks etdirən çoxsaylı fotolar və sənədlərlə tanış oldular.
Sonda tədbir iştirakçıları xatirə şəkilləri çəkdirdilər.