Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayon Mərkəzi Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Əsrin faciəsi - Xocalı soyqırımı” adlı tədbir keçirildi

23 fevral 2017 | 11:00

23 fevral 2017-ci ildə Binəqədi rayon Mərkəzi Kitabxana Sisteminin Mərkəzi Kitabxanası Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə əlaqədar “Əsrin faciəsi - Xocalı soyqırımı” adlı tədbir keçirdi.
Tədbir Xocalı faciəsinə həsr olunmuş video-çarxın nümayişi ilə başladı.
Tədbirdə Binəqədi rayon MKS-nin baş kitabxanaçısı Aygün Əliyeva, İnformasiya-resurs şöbəsinin müdiri Şəfiqə Ağayeva, Uşaq şöbəsinin müdiri Səidə Sərdarova erməni qəsbkarları tərəfindən törədilmiş faciə haqqında ətraflı məlumat verdilər.
Daha sonra “Respublika” qəzetinin şöbə müdiri, əməkdar jurnalist Qədir Aslanlı və digərləri çıxış edərək dünyada misli görülməmiş bu faciənin gənc nəsillər arasında təbliğ olunmasının və dünya mətbuatında işıqlandırılmasının vacibliyini vurğuladılar.
Tədbirin bədii hissəsində Mərkəzi Kitabxananın oxucusu Aysu Kərimova Məmməd Arazın “Ata millət, ana millət, ağlama”, şagirdlər “Xocalı dərdi”, “Xocalım”, “Xocalı, ay Xocalı”, “Vətən dərdi” adlı şeirlərini səsləndirdilər.

Keçidlər