Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu 102 nömrəli tam orta məktəbdə Xocalı soyqırımına həsr olunmuş tədbir keçirildi

24 fevral 2017 | 11:00

24 fevral tarixində 102 nömrəli tam orta məktəbdə Xocalı soyqırımına həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elnur Məmmədov, 102 nömrəli tam orta məktəbin şagird, müəllim kollektivi və valideynlər iştirak etdilər.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başladı. Vətənimizin suverenliyi, ərazi bütövlüyü, torpaqlarımızın müdafiəsi uğrunda canından keçmiş şəhidlərimizin və Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan aparıcı Xocalı faciəsi haqqında geniş məlumat verdi.
102 nömrəli tam orta məktəbin direktoru Mailə İsmayılova çıxış edərək Xocalı faciəsini bəşəriyyətə, insanlığa qarşı törədilmiş qanlı cinayət kimi dəyərləndirmiş və onun heç vaxt unudulmayacağını söylədi. 
Sonra çıxış edən Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elnur Məmmədov ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində bu məsələnin dünyanın siyasi arenasına çıxarılmasında böyük xidmətlərindən danışdı. E.Məmmədov tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür edərək,  Xocalı soyqırımını misli olmayan faciə kimi bu soyqırımı dəqiqliklə öyrənməyin və gənc nəslə aşılanmasının vacibliyini qeyd etdi.
Tədbirdə Xocalı faciəsini əks etdirən slaydlar və videoçarxlar  nümayiş olundu, 102 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən Xocalıya həsr olunmuş bayatılar, şeirlər, səhnəciklər, musiqi kompozisiyaları təqdim edildi.
Sonda Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş inşa və rəsm müsabiqəsində qalib gəlmiş şagirdlər diplomlarla təltif olundu.

Keçidlər