Binəqədi Mərkəzi Mədəniyyət Evində Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirildi
24 fevral 2017 | 11:00
24 Fevral 2017-ci il tarixində Binəqədi Mərkəzi Mədəniyyət Evində Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandıqdan sonra Binəqədi Mərkəzi Mədəniyyət Evinin direktoru Şahin Səmədov Xocalı faciəsinin tarixindən danışdı.
Sonra Binəqədi Mərkəzi Mədəniyyət Evinin Poeziya dərnəyinin üzvlərinin ifasında "Xocalı qisasa çağırır" adlı kompozisiya səsləndirildi.
Sonda isə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınmış Milli Qəhrəman Tofiq Hüseynova həsr olunmuş "Mən Xocalını tərk etməyəcəm" adlı qisametrajlı film nümayiş olundu.