Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması vəziyyətinin monitorinqi keçirildi

27 fevral 2017 | 11:00

27 fevral 2017-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elnur İmanov Rayon İcra Hakimiyyəti başçısının 22 fevral 2017-ci il tarixində vətəndaş müraciətlərinə baxılması ilə əlaqədar keçirilmiş Şura iclasında verdiyi tapşırıq və tövsiyələrinə uyğun olaraq  RİH başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində oldu.
O, nümayəndəliyin əməkdaşları ilə keçirdiyi görüş zamanı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun “Azərbaycan” qəzetinin 15-16 fevral 2017-ci il tarixli nömrələrində dərc edilmiş məqaləsində qeyd edilmiş fikir və tənqidi qeydlərdən bəhs etmiş və nümayəndəliyə daxil olan vətəndaş müraciətlərinə baxılmasında bu nöqsan və çatışmazlıqlara yol verilməməsi ilə əlaqədar müvafiq tapşırıq və tövsiyələrini verdi.
Daha sonra Elnur İmanov Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ləman Əliyevanın vətəndaşları qəbul etməsi prosesində iştirak etdi, vətəndaşların qəbulu, onların qaldırdığı məsələlərin həlli mexanizmi ilə yaxından tanış oldu, vətəndaşların şifahi müraciətlərinə baxılması və digər məsələlər barədə müvafiq tapşırıq və tövsiyələrini verdi.

Keçidlər