Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda 2017-ci ilin fevral ayı ərzində aparılan abadlıq-quruculuq işləri haqqında məlumat

02 mart 2017 | 11:00

Əhalinin su və kanalizasiya sahəsində mövcud olan problemlərinin aradan qaldırılması məqsədilə 2017-ci ilin fevral ayı ərzində rayonun müxtəlif ərazilərində 120 p/m su xətti quraşdırılıb və təmir olunub, 204 ünvanda su və 440 ünvanda kanalizasiya xətlərində qəzaların qarşısı alınıb, 3430 p/m kanalizasiya xətti təmizlənib. Yaşayış evlərinin zirzəmilərində 95 p/m kanalizasiya, 28 p/m su xətti dəyişdirilib
Binəqədi rayonu Texniki İstismar Xidməti tərəfindən 250 ədəd mexaniki sayğac “Smart-Kart” tipli qaz sayğacı ilə əvəz edilib, xidməti ərazilərə 706 texniki baxış keçirilib və 541 ərazinin müxtəlif yerlərində tənzimləmə işləri aparılıb.
Biləcəri qəsəbəsi, Evtikmə Kombinatı yolu “Qəbələ” kafesinin yanında 1 ədəd; 8-ci mikrorayon Ş.Rəhimov küçəsində 1 ədəd; III Mədən korpus 124-də 1 ədəd; M.Rəsulzadə qəsəbəsi ərazisində 1 ədəd qaz tənzimləyici məntəqə quraşdırılıb.
“Azəristiliktəchizat” ASC-nin 3, 15 və 20 saylı İstilik Sistemləri İstismar Sahələri tərəfindən 356 yaşayış binası, 10 təhsil müəssisəsi, 7 səhiyyə obyekti, 8 uşaq bağçası və 22 digər təşkilatlar istiliklə təmin olunur. İstilik Sistemləri İstismar Sahələrinin ərazilərində olan bütün qazanxanalar işlək vəziyyətdədir.
M.Kazımovski 4 saylı yaşayış binasından 2 “a” saylı yaşayış binasına gedən məhəllədaxili istilik xəttində diametri 100 mm olan 3 metr, M.Kazımovski 8 saylı yaşayış binasının aşağı paylama istilik xəttində diametri 89 mm olan 6 metr və M.Cəlal küçəsi 147 saylı yaşayış binasının aşağı paylama istilik xəttində diametri 100 mm olan 4 metr polad boru dəyişdirilib, binaların zirzəmisində 20, 32 və 75 mm-lik pvc ventillər yenisi ilə əvəz olunub. Vidadi küçəsi 6 ünvanında 316 saylı qazanxanada gücü 1.1 KW olan şəbəkə nasosu, Y.Hüseynov 3-cü döngədə 386 saylı qazanxanada mühərrik, M.Hüseynzadə 17 ünvanında 274 saylı qazanxana, Biləcəri qəsəbəsi, T.Yaqubov 26 ünvanında 271 saylı qazanxanada su yumşaldıcı qurğu təmir olunub,Yəhya Hüseynov küçəsi döngə 3 ünvanında 386 saylı qazanxanada gücü 18.5 KW olan şəbəkə nasosunun diyircəkli yastığı dəyişdirilib. Həmçinin binaların aşağı paylama istilik xətlərində müxtəlif diametrli PVC borularda baş vermiş axıntılar aradan qaldırılıb.
Əhalinin istiliklə normal təmin olunması, baş vermiş qəzaların aradan qaldırılması üçün lazımi tədbirlər görülüb. Sakinlərin müraciətləri araşdırılıb, narazılıqlar aradan qaldırılıb.
Binəqədi Rayon Enerji Təchizatı və Satış İdarəsi tərəfindən Mədəni Maarif  texnikumunun yataqxanasında məskunlaşan qaçqınlar üçün 0,4 kv-luq kabel xətti çəkilib; 9-cu mikrorayonda yarımçıq binanın ətrafında məskunlaşan 150 ailəyə yeni sayğacların quraşdırılması məqsədilə yeni “SİP” xətləri çəkilib; Rəsulzadə  qəsəbəsi və Z.Qəmbərov 3 saylı binada yenidənqurma işləri aparılıb, 81 ailənin yaşadığı evlərə sayğaclar quraşdırılıb.
Biləcəri Enerji Təchizatı və Satış İdarəsi tərəfindən TM-843-dən qidalanan bağçada  və onun ətrafında məskunlaşan 25 məcburi köçkün ailəsinə; TM-8-dən qidalanan Biləcəri Təmir-quraşdırma İdarəsində məskunlaşan 7 məcburi köçkün ailəsinə; Xırdalanda məskunlaşan 7 məcburi köçkün ailəsinə; KTM-31-dən qidalanan su idarəsi və dəri sexinin ərazisində məskunlaşan 15 məcburi köçkün ailəsinə; Binəqədi qəsəbəsində TM-903-dən qidalanan NQÇİ-nin həyətində məskunlaşan 4 məcburi köçkün ailəsinə; Binəqədi qəsəbəsi SMUU-nun ərazisində məskunlaşan 16 məcburi köçkün ailəsinin yaşadığı evlərə sayğaclar quraşdırılıb. 
Mikrorayonlar, Binəqədi və Biləcəri qəsəbələrində 174 ədəd lampa və 70 metr yanmış kabel dəyişdirilib.
Rayon ərazisində mövcud olan yaşıllıq sahələrində mövsümi budama işləri aparılıb, quru ağaclar təmizlənib, çoxillik güllərə qulluq göstərilib, əkilən güllərin alağı təmizlənib, vaxtaşırı suvarılıb, parklar quru ot və alaqlardan təmizlənib, ərazidə olan çəmənliklərə gübrə verilib. Eyni zamanda ərazidə mövcud olan çəmənlik və ağacların suvarılması, qurumuş ağacların vaxtında ərazidən götürülməsi, çəmənliklərin biçilməsi, ağac və kollarda yaşıl budamanın aparılması işləri mütəmadi olaraq həyata keçirilib.     
2017-ci ilin fevral ayında məhəllələrin abadlaşdırılması, mənzillərin yumşaq dam örtüklərinin, yaşayış binalarının girişlərinin əsaslı təmiri işləri üçün hazırlıq davam etdirilib. A.Məmmədov küçəsi 55 saylı 16 mərtəbəli binanın elementlərinin əsaslı təmiri işlərinə hazırlıq başlanılıb.
Tutumu 1000 litr olan 978 konteynerdən  təmirə ehtiyacı olan 100 ədədi təmir olunub.
36 binanın və xüsusi olaraq, sakinlərin müraciəti əsasında əlavə olaraq 10 binanın zirzəmisində sanitar təmizlik və dezinfeksiya işləri aparılıb.
Ay ərzində 22 lift cari təmir edilib. 
Mənzillərdə baş verə biləcək yanğın, partlayış və boğulma hallarının qarşısının alınması məqsədilə ay ərzində 204 mənzildə tüstü və hava kanalları təmizlənib.

Keçidlər