“Milli mədəniyyəti qoruyaq və yaşadaq” layihəsi çərçivəsində tədbir keçirildi
28 fevral 2017-ci il tarixində Binəqədi Rayon Binəqədi bələdiyyəsi, Rayon Gənclər və İdman İdarəsi və Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə Binəqədi bələdiyyəsinin üzvü Aysel Əlizadənin “Milli mədəniyyəti qoruyaq və yaşadaq” layihəsinin birinci mərhələsi - Milli İncəsənət Muzeyinə ekskursiya keçirildi.
Ekskursiyada Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Rüfət Əliyev, Binəqədi bələdiyyəsinin ictimai-humanitar sektorunun müdiri Yusif Hüseynov, bələdiyyə üzvü Aysel Əlizadə, Milli İncəsənət Muzeyi Tikmə şöbəsinin müdiri Vəfa Rəhimova və rayonun istedadlı gəncləri iştirak etdilər.
Layihə iştirakçıları Milli İncəsənət Muzeyi ilə tanış oldular, onlara əyani olaraq Milli geyim eksponatları haqqında geniş məlumat verildikdən sonra muzeyin fondunda saxlanılan Milli geyim növlərinə də tamaşa etdilər.
Sonda xatirə şəkili çəkdirildi.