Şriftin ölçüsü :

Saytın rəngi :

“Şahin” hərbi idman oyununun rayon mərhələsi keçirildi

13 aprel 2013 | 10:00

2013-cü il aprelin 12-də gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların fiziki hazırlıqlarının artırılması, ordu sıralarına hazırlanması məqsədilə Daxili Qoşunların Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində  “Şahin” hərbi-idman oyununun  rayon mərhələsi keçirildi.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Binəqədi Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət Xidmətinin Rayon İdarəsinin rəisi Mehman Qurbanov, Rayon Veteranlar Şurasının sədri Telman Hətəmov və digərləri “Şahin” hərbi-idman oyununun keçirilməsində əsas məqsədin məktəblilər arasında aparılan hərbi-vətənpərvərlik tərbiyəsi işini daha da gücləndirmək, orta məktəb şagirdlərinin hərbi idman oyunlarına geniş cəlb etməklə, onların ordu sıralarına xidmətə hazırlığını inkişaf etdirməkdən ibarət olduğunu diqqətə çatdıraraq iştirakçılara uğurlar arzuladılar.
Tərkibi 13 oğlan və 4 qız olmaqla 17 nəfərdən  ibarət, 31 tam orta məktəbdən 527 nəfər məktəblinin  iştirak etdiyi yarışın nəticələrinə görə100 saylı tam orta məktəbin komandası birinci yerə,  182 saylı tam orta məktəbin komandası ikinci yerə,  115 saylı tam orta məktəbin komandası üçüncü yerə layiq görüldülər.
Qalib gəlmiş 100 saylı tam orta məktəbin komandası C.Naxçıvanski adına hərbi liseydə keçiriləcək Bakı şəhər mərhələsində iştirak etmək  üçün vəsiqə qazandı.

Keçidlər