Şriftin ölçüsü :

Saytın rəngi :

Biləcəri bələdiyyəsində bələdiyyə vergi müfəttişləri ilə görüş keçirildi

01 mart 2017 | 11:00

1 mart 2017-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Yəhya Əliyev və Sakinlərin Müraciət Xidmətinin rəisi Anar Səfərov Biləcəri bələdiyyəsində  bələdiyyə vergi müfəttişləri ilə görüş keçirdilər.
Görüşdə bələdiyyələrin vergitutma bazasının daha da təkmilləşdirilməsi, habelə onların fəaliyyətində informasiya texnologiyalarının ən son nailiyyətlərinin tətbiqi, bələdiyyə vergilərinin toplanması işinin yeni dövrün tələblərinə uyğun qurulması istiqamətində tövsiyələr verildi.

Keçidlər