Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı Azadlıq prospekti 179 (Binəqədi Rayon İcra Hakimiyyəti) Ərazi ilk partiya Təşkilatının hesabat seçki yığıncağı keçirildi.

04 mart 2017 | 11:00

03 mart 2017-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatı Azadlıq prospekti 179 (Binəqədi Rayon İcra Hakimiyyəti) ərazi ilk partiya təşkilatının hesabat seçki yığıncağı keçirildi.
İclasda Yeni Azərbaycan Partiyası Binəqədi rayonu Azadlıq prospekti 179 (Binəqədi Rayon İcra Hakimiyyəti) ƏİPT-nın hesabat dövrü ərzində gördüyü işlərin hesabatı dinlənildi, təşkilatın idarə heyətinin tərkibi, ərazi ilk partiya təşkilatının yeni sədr və müavinləri, rayon təşkilatının IX hesabat-seçki konfransına seçiləcək nümayəndələr barədə geniş müzakirə edildi.
İclası giriş nitqi ilə Binəqədi RİH başçısının birinci müavini İlqar Süleymanov açaraq yığıncağın sədrinin ƏİPT-nın üzvü, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov olmasını təklif etdi.
İclasın sədri Ramiz Göyüşov gündəlikdə duran məsələlər barədə məlumat verdi. Ramiz Göyüşov ərazi ilk partiya təşkilatının fəaliyyət dövrü ərzində görülən işlərin hesabatını vermək üçün sözü Binəqədi Rayon İcra Hakimiyyəti ƏİPT-nın sədri Yunis Hüseynova verdi. Yunis Hüseynov hesabat ətrafında geniş çıxış etdi və ötən illər ərzində təşkilatın səmərəli fəaliyyətindən bəhs etdi. Hal-hazırda üzvlərinin sayının 44 nəfərdən ibarət olduğunu bildirdi. Yeni Azərbaycan Partiyası sıralarının günbəgün genişləndiyini qeyd etdi.
Yunis Hüseynov Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının tədbirlərində mütəmadi və fəal iştirak etdiklərini, Binəqədi Rayon İcra Hakimiyyəti ƏİPT və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı ilə daim bütün sahələrdə əməkdaşlıq edərək uğurlu layihələr həyata keçirdiklərini də qeyd etdi. Daha sonra ƏİPT-nın üzvləri Vüsar İsmayılov, Elnur İmanov və Leyla Kərimova hesabat ətrafında çıxışlar edərək hesabata öz münasibətlərini bildirdilər.
Sonra iclasın sədri Ramiz Göyüşov gündəlikdə duran digər məsələləri müzakirəyə çıxardı. Gündəlikdə olan məsələlər ətrafında müzakirələr aparıldı, məsələlər səsə qoyularaq, idarə heyətinin üzvləri, sədr, sədr müavinləri və IX konfransa nümayəndə təsdiqləndi.
Sonda isə iclasın sədri Ramiz Göyüşov yekun çıxışını etmək üçün sözü Binəqədi Rayon İcra Hakimiyyəti ƏİPT-nın üzvü İlqar Süleymanova verdi.
İlqar Süleymanov hesabat dövrünün rayonumuz üçün böyük inkişaf illəri və böyük irəliləyiş illəri olduğunu qeyd etdi. Xüsusilə vurğuladı ki, bütün bunlara Yeni Azərbaycan Partiyasının sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsindədir.
Daha sonra İlqar Süleymanov qeyd etdi ki, Yeni Azərbaycan Partiyası cəmiyyətimizdə böyük nüfuza sahib olan partiyadır. Ulu öndərimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası, xalqımızın və ölkəmizin həyatını kökündən dəyişdirib, eyni zamanda, siyasi mübarizələrlə dolu şərəfli bir yol keçdiyini əlavə etdi.
Həmçinin, Yeni Azərbaycan Partiyasının böyük seçki təcrübəsi var. Təsadüfi deyil ki, 1993-cü ildən ötən müddətdə ölkəmizdə keçirilən bütün prezident, parlament və bələdiyyə seçkilərinin qalibi Yeni Azərbaycan Partiyası olub, deyə o, vurğuladı. İlqar Süleymanov bu qələbələrin Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki yerinin möhkəm olduğunu, həmçinin, dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkəmizin inkişafı istiqamətində həyata keçirilən proqramların nəticəsi olaraq, xalqın bu təşkilata böyük etimad göstərdiyini təsdiq etdiyini dedi.
Bütövlükdə, ölkəmizdə həyata keçirilən siyasət əhalinin rifah halının yüksəlməsi ilə müşayiət olunduğunu vurğuladı. Bir sözlə, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət xalqa xidmət edir və bu siyasətin əsasında milli maraqlarımız dayanır. Ona görə də, bələdiyyə seçkilərində YAP-ın namizədlərinin böyük üstünlüklə qələbə qazanmasının əsasında bu amillərin dayandığını qeyd etdi.
Sonda İlqar Süleymanov Binəqədi Rayon İcra Hakimiyyəti ƏİPT-nın yeni seçilmiş idarə heyətini, sədr və sədr müavinlərini təbrik edərək, uğurlar arzuladı.

 

Keçidlər