Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Dünyəvi dövlətdə islam və milli birlik” mövzusunda tədbir keçirildi

06 mart 2017 | 11:00

Martın 6-da Binəqədi rayonu 276 nömrəli orta məktəbdə “İslam həmrəyliyi ili” çərçivəsində növbəti tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rauf Həsənov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Samir Yoldaşov və Fidan Aslanova, Bakı şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun aparıcı məsləhətçisi Rövşən Əliyev, 276 nömrəli orta məktəbin direktoru Bəhram Şiriyev, adıçəkilən məktəbin, eləcə də rayon ərazisindəki 32 məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, müəllimləri, uşaq birliyinin rəhbərləri, məktəblərin psixoloqları, valideyin komitəsinin nümayəndələri və şagirdlər iştirak etdilər.
Tədbirdə öncə “Fitnə” filmi nümayiş olundu.
Daha sonra 276 saylı orta məktəbin direktoru Bəhram Şiriyev tədbiri açıq elan edib.
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Samir Yoldaşov və Fidan Aslanova xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasını və gələcək nəsillərə ötürülməsini ölkəmizdə dövlət və din arasında anlaşmanın bütün dünya üçün parlaq bir örnək olduğunu ifadə etdilər.
Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rauf Həsənov öz çıxışı zamanı dini maarifləndirmə sahəsində görülən işlərdən və həyata keçirilən layihələrdən söz açdı.
Sonda şagirdləri maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparıldı.

Keçidlər