Şriftin ölçüsü :

Saytın rəngi :

5 Mart - Bədən tərbiyəsi və idman günü münasibətilə yeniyetmələr arasında futbol turniri keçirildi

06 mart 2017 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 3 mart 2017-ci il tarixində “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbində 5 Mart - Bədən tərbiyəsi və idman günü münasibətilə yeniyetmələr arasında futbol turniri keçirildi.
Turnirdə 8 komanda iştirak etdi. Yarışın nəticəsinə görə birinci yeri “Vətən” komandası, ikinci yeri “Şirvansaray” komandası, üçüncü yeri “Vətən 1” komandası tutdu.
Mükafatlandırma mərasimində Binəqədi Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Rüfət Əhmədov və “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbinin tədris hissə müdiri Arif Həsənov çıxış edərək qalib komandaları təbrik etdilər.
Qaliblər idarə tərəfindən diplom, medal və kubokla təltif olundular.

Keçidlər