Rayon orta ümumtəhsil məktəbləri arasında “Xəmsə” Milli İntellektual Oyunu keçirildi
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində rayon orta ümumtəhsil məktəbləri arasında “Xəmsə” Milli İntellektual Oyunu keçirildi.
“Xəmsə” Milli İntellektual Oyununun aparıcısı Elmidar Süleymansoy komandaları qaydalarla tanış etdikdən sonra oyuna start verildi. 1 mart 2017-ci il tarixdə keçirilən yarışın birinci mərhələsində A qrupunda rayon ərazisində yerləşən 16 məktəbdən 4 məktəbin – 3 №-li tam orta məktəbin “Evrika”, 283 №-li tam orta məktəbin “Ulduz”, 205 №-li tam orta məktəbin “Vətən”, 126 №-li tam orta məktəbin “Gələcək” komandaları, 3 mart 2017-ci il tarixdə keçirilən yarışın ikinci mərhələsində B qrupunda növbəti 16 məktəbdən 4 məktəbin 297 №-li tam orta məktəbin “Qala”, 244 №-li tam orta məktəbin “Bayraq”, 217 №-li tam orta məktəbin “Planet”, 298 №-li tam orta məktəbin “Kainat” komandaları uğur qazanaraq yarımfinal mərhələsinə yüksəldilər.
6 mart 2017-ci il tarixdə “Xəmsə” Milli İntellektual Oyununun yarımfinal və final mərhələsi baş tutdu. Oyunun nəticəsinə əsasən 283 №-li tam orta məktəbin “Ulduz” komandası birinci yerə, 244 №-li tam orta məktəbin “Bayraq” komandası ikinci yerə, 297 №-li tam orta məktəbin “Qala” komandası üçüncü yerə layiq görüldülər.
Mükafatlandırma mərasimində çıxış edən Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova qalibləri təbrik edərək onlara təhsildə uğurlar dilədi. Qalib komandalar İdarə tərəfindən diplom, medal və kubokla təltif olundular.