Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Məcburi köçkünlərlə bağlı müşavirə keçirildi

09 mart 2017 | 11:00

Məlum olduğu kimi martın 9-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirəsi keçirildi. Həmin müşavirədə yerli icra hakimiyyətlərinə konkret verilən tapşırıqların icrası ilə əlaqədar olaraq 9 mart tarixində Binəqədi Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun sədrliyi ilə müşavirə keçirildi.
Keçirilən müşavirədə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Qaçqınların və məcburi köçgünlərin işləri üzrə Dövlət Komitəsinin Binəqədi rayon üzrə sektor müdiri Abuş Məmmədov, Aparatın şöbə müdirləri, əməkdaşları, qəsəbə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, bələdiyyələr, kommunal və bir sıra strukturların rəhbərləri iştirak etdilər.
İlk öncə müşavirəni açıq elan edən Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın fikirlərini çatdıraraq bildirdi ki, doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın üzləşdiyi ağır problemlərin həlli artıq 20 ildən çoxdur ki, Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Cənab İlham Əliyevin Prezident kimi imzaladığı ilk sərəncamlarından biri 2004-cü ildə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramı ilə bağlı olmuşdur. 2007-ci və 2011-ci illərdə həmin proqrama əlavələr təsdiqlənmişdir. Dövlət Proqramına uyğun olaraq, qaçqın və məcburi köçkün soydaşlarımızın sosial, təhsil, məşğulluq, yaşayış və tibbi təminatına uyğun olan lazımi tədbirlər mərhələlərlə həyata keçirilir. Natiq onu da qeyd etdi ki, görülən işlərlə yanaşı, hələ də ağır vəziyyətdə, qəzalı və yararsız binalarda yüzlərlə məcburi köçkün ailəsi yaşayır.
Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirəsində yerli icra hakimiyyətlərinə tapşırıqlar verilmişdir və bu tapşırıqların müsbət şəkildə həll edilməsi istiqamətində konkret təkliflər hazırlanmalıdır.
Daha sonra müşavirədə səslənən məsələlər ətrafında müzakirələr aparıldı və təkliflər irəli sürüldü.
Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov müşavirəyə yekun vuraraq, müşavirənin icrası ilə əlaqədar yerlərdə əhali arasında izahat və maarifləndirmə işləri aparmaq və görüləcək işlərin operativliyini təmin etmək məqsədilə Rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə xüsusi işçi qrupunun yaradılması, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və şöbə müdirləri arasında ərazilər üzrə bölgü aparılması barədə, habelə müzakirə olunan digər məsələlərlə əlaqədar aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələrini verdi.

Keçidlər