Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Binəqədi rayonu, Azadlıq prospekti 155 ünvanlı (AMEA-nın Genetik Ehtiyatlar İnstitutu) ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirildi

28 fevral 2017 | 11:00

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının IX konfransına hazırlıq işləri çərçivəsində ərazi ilk partiya təşkilatlarının hesabat-seçki yığıncaqlarının keçirilməsi davam edir. Bu məqsədlə 28 fevral 2017-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Binəqədi rayonu, Azadlıq prospekti 155 ünvanlı (AMEA-nın Genetik Ehtiyatlar İnstitutu) ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirildi.
İclası Genetik Ehtiyatlar İnstitutunun direktoru Zeynal Əkpərov giriş nitqi ilə açıq elan edərək gündəlikdə duran məsələlər barədə konfrans iştirakçılarına məlumat verdi.
Daha sonra ərazi ilk partiya təşkilatının sədri Mehrac Abbasov hesabat çıxışı edərək, ərazi ilk partiya təşkilatının 2016-cı ildəki fəaliyyətindən, görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışdı. Bildirdi ki, təşkilatdakı Yeni Azərbaycan Partiyası üzvləri istər ölkə səviyyəsində keçirilən tədbirlərdə, istərsə də rayon tədbirlərində fəal iştirak edirlər. Sədr bildirdi ki, möhkəm və sağlam sütunlar üzərində yaradılmış Yeni Azərbaycan Partiyası artıq 25 ildir ki, müstəqil respublikanın çiçəklənməsi və dünya ölkələri arasında öz layiqli yerini tutması uğrunda xidmət göstərir. Mehrac Abbasov qeyd etdi ki, Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutu ölkənin elm siyasətinin düzgün qurulmasında və elmin müxtəlif sahələrinin inkişaf etdirilməsində yaxından iştirak edir. O, qeyd etdi ki, hesabat dövrü ərzində elm və təhsil sahəsində ciddi islahatlar həyata keçirilmiş, ən əsası təhsil və elm haqqında qanunlar hazırlanaraq qəbul edilmiş, eyni zamanda AMEA-nın prezidenti, Yeni Azərbaycan Partiyasının sədr müavini akademik Akif Əlizadənin təşəbbüsü ilə akademiyanın 7 böyük institutunda magistratura şöbəsi yaradılmışdır ki, həmin qurumlardan biri də məhz Genetik Ehtiyatlar İnstitutudur.
Yığıncaqda çıxış edən ərazi ilk partiya təşkilatının üzvlərindən Əkbər Kərimov, Hamlet Sadıqov, Sabir Həsənov, Ayaz Məmmədov çıxışlarında qeyd etdilər ki, Yeni Azərbaycan Partiyası Azərbaycanda siyasi qüvvəyə malik iqtidar partiyası olmaqla Cənubi Qafqaz regionunun ən böyük partiyasıdır. Yeni Azərbaycan Partiyası sıralarında ziyalıların, elm adamlarının çoxluq təşkil etməsi ölkənin sosial rifahının yüksəlməsinin göstəricisidir, Yeni Azərbaycan Partiyası regionda ən böyük siyasi partiyadır. Son zamanlar dünyada baş verən hadisələrin fonunda ölkə başçısının apardığı siyasət region dövlətlərə, o cümlədən bütün dünyaya örnəkdir. Ölkə prezidenti cənab İlham Əliyev həyatımızın bütün sahələrinə olduğu kimi, elm və təhsilin inkişafına da böyük qayğı və diqqət göstərir.
Yığıncaqda çıxış edən ərazi ilk partiya təşkilatının bütün üzvləri hesabatı qənaətbəxş hesab etdilər.
Hesabat məruzəsi səsə qoyularaq qəbul edildikdən sonra iclasda gündəliyə çıxarılan digər məsələlər ətrafında geniş müzakirələr başladı və müzakirəyə çıxarılan bütün məsələlər barədə qərarlar qəbul edildi.
İclasın qərarına əsasən Əkbər Kərimov ərazi ilk partiya təşkilatının sədri, Elçin Hacıyev sədr müavini, eyni zamanda rayon təşkilatının IX konfransına nümayəndə kimi seçildilər.
İclasda yekun nitq söyləyən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Vüsar İsmayılov Yeni Azərbaycan Partiyasının cəmiyyətin həyatına nüfuz edən əsas siyasi partiya olduğunu bildirdi. O, qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətini əzmlə davam etdirən ölkə prezidenti cənab İlham Əliyev ölkəni iqtisadi, hərbi, siyasi cəhətdən inkişaf etdirib. Eyni zamanda neft sektorunun, qeyri-neft sektorunun inkişafı ilə bağlı apardığı siyasət ölkə iqtisadiyyatında mühüm rol oynayır. Yeni Azərbaycan Partiyasının sədr müavini vurğuladı ki, Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının birinci vitse-prezidenti təyin olunması ölkədə gedən inkişafı tərəqqiyə aparacaq, əhalinin rifahı daha da yaxşılaşacaqdır. Daha sonra regionların inkişafı ilə bağlı həyata keçirilən işlərdən, o cümlədən bölgələrimizdə təşkil edilmiş beynəlxalq səviyyəli tədbirlərdən bəhs etdi.
Sonda Vüsar İsmayılov ərazi ilk partiya təşkilatının yeni seçilmiş sədr və müavini təbrik edərək, işlərində uğurlar arzuladı.

Keçidlər