Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Binəqədi rayonu, Azadlıq prospekti 183 ünvanlı (115 saylı tam orta məktəb) ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirildi

10 mart 2017 | 11:00

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının IX konfransının keçirilməsi ilə bağlı hazırlıq çərçivəsində ərazi ilk partiya təşkilatlarının hesabat-seçki yığıncaqları davam edir. Bu məqsədlə 10 mart 2017-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Binəqədi rayonu, Azadlıq prospekti 183 ünvanlı (115 saylı tam orta məktəb) ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirildi. Yığıncaq başlamazdan öncə məktəb şagirdlərinin ifasında ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər səsələndirildi.
İclası giriş nitqi ilə açan ərazi ilk partiya təşkilatının sədri Zahid Canayev gündəlikdə duran məsələlər barədə məlumat verərək ərazi ilk partiya təşkilatının hesabat dövrü ərzində görülən işlərin hesabatını diqqətə çatdırdı.  Qeyd etdi ki, Yeni Azərbaycan Partiyası ölkəmizin, o cümlədən məktəbimizin ictimai-siyasi həyatında həlledici rol oynayır. Partiyanın fəaliyyəti ölkəmizin sosial-siyasi və mədəni  həyatının, o cümlədən təhsil sisteminin inkişafına xeyli təsir göstərir. “Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük partiyasıdır. Yeni Azərbaycan Partiyası 25-ci ildir ki, Azərbaycanda iqtidardadır. Bu 25 ildə partiyamız bütün seçkilərdə böyük üstünlüklə qələbə qazanıb. Yeni Azərbaycan Partiyasi dünənin, bugünün, gələcəyin partiyasıdır” deyə, ərazi ilk partiya təşkilatının sədri bildirdi.
O, ərazi ilk partiya təşkilatının üzvlərinin Yeni Azərbaycan Partiyasının qarşıya qoyduğu vəzifələri layiqincə yerinə yetirdiyini vurğuladı. Hazırda ərazi ilk partiya təşkilatının 70 nəfər üzvü var və Yeni Azərbaycan Partiyası sıralarına daxil olmaq arzusunda olan müəllimlərin sayı günbəgün artır.
İclasda çıxış edən ərazi ilk partiya təşkilatının üzvləri - Zahid Nəsibov, Zahidə Osmanlı sədrin hesabat çıxışına münasibət bildirərək hesabatı qənaətbəxş hesab etdilər və  öz təkliflərini irəli sürdülər.
Hesabat məruzəsi səsə qoyularaq qəbul edildikdən sonra iclasda gündəliyə çıxarılan digər məsələlər ətrafında geniş müzakirələr başladı. İclasda müzakirəyə çıxarılan bütün məsələlər barədə qərar qəbul edildi. Qərara əsasən 7 nəfərdən ibarət İdarə Heyəti müəyyənləşdirildi, Zahid Canayev ərazi ilk partiya təşkilatının yeni sədri, Məsud Babayev sədr müavini və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının IX konfransına 3 nəfər nümayəndə seçildi.
İclasın sonunda çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Vüsar İsmayılov öncə tədbir iştirakçılarını salamladı. Vüsar İsmayılov çıxışında bildirdi ki, Yeni Azərbaycan Partiyası Qafqazın ən böyük siyasi partiyasıdır .Yeni Azərbaycan Partiyasının əsas gücü Azərbaycan xalqının ona olan inamı və etibarıdır. Ümumilli liderimizin ən böyük arzusu müstəqil Azərbaycan Respublikasının bütün dünyada tanınması idi və bu arzunu hal-hazırda Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev həyata keçirir. Cənab Prezidentin uğurlu siyasətinin nəticəsidir ki, bölgələrimizdə inkişaf gedir, yeni infrastruktur layihələri həyata keçirilir. Vüsar İsmayılov, eyni zamanda birinci xanım Mehriban Əliyevanın fəaliyyətini yüksək qiymətləndirdi və onun birinci vitse prezident vəzifəsinə təyin olunmasını ölkəmizin siyasi həyatında böyük uğur adlandırdı. İclas haqqında təəssüratlarını bölüşərək rayon təşkilatının sədr müavini hesabat məruzəsini qənaətbəxş hesab etdiyini, tədbir ərzində səviyyəli, səriştəli çıxışlar olduğunu qeyd etdi. Bu gün istəyimiz xalqımızın, dövlətimizin gələcəyinin etibarlı, güvənli əllərdə olması üçün sağlam əqidəli gənclər yetişdirməkdir.
Vüsar İsmayılov daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə birgə təşkil etdiyi “Bəşəriyyətin tacıdır ana” adlı tədbirində 115 saylı tam orta məktəbin təqdim etdiyi kompozisiyanın yüksək səviyyədə təşkil olunduğuna görə əməyi keçən hər kəsə öz təşəkkürünü bildirdi və Binəqədi Rayon İcra Hakimiyyəti başçısının təşəkkür məktubunu məktəbin direktoruna təqdim etdi.
Sonda qarşıdan gələn Novruz Bayramı münasibəti ilə iclas iştirakçılarını təbrik etdi və partiya üzvlərinə işlərində uğurlar arzuladı.

Keçidlər