16 mart tarixində Naxçıvan şəhərinə yola düşəcək Binəqədi məktəbliləri ilə görüş keçirildi
Martın 11-də Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında “Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində 16 mart tarixində Naxçıvan şəhərinə yola düşəcək Binəqədi məktəbliləri ilə görüş keçirildi.
Keçirilən görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, “Ölkəmizi Tanıyaq” tur-aksiyasında iştirak edən şagirdlər və onların valideynləri iştirak etdilər.
Görüşdə Naxçıvan şəhərinə yola düşəcək məktəblilərlə söhbət aparıldı, layihənin məqsədi, ideyası haqqında şagirdlərə geniş məlumat verildi.
Aksiyada iştirak edən şagirdlərin və valideynlərin tur-aksiya ilə bağlı sualları dinlənilərək cavablandırıldı.