157 nömrəli tam orta məktəbdə "Narkotiksiz gələcək naminə!” mövzusunda növbəti maarifləndirici tədbir keçirildi
04 aprel 2024-cü il tarixində Binəqədi rayon İcra Hakimiyyətinin və Binəqədi Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə 9-cu mikrorayonda yerləşən 157 nömrəli tam orta məktəbdə "Narkotiksiz gələcək naminə!” mövzusunda növbəti maarifləndirici tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Rayon Komissiyasının sədri Sevinc Süleymanova, Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Rayon Komissiyasının katibi - Nicat Allahverdiyev, Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İlqar Pənahov, Binəqədi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Məmmədov, Binəqədi Rayon Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin rəisi, polis mayoru İsa Həbibzadə, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Xəqani Behbudov, Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin rəisi. polis baş leytenantı Fərrux Həsənov, Binəqədi Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanların profilaktikası işinin təşkili bölməsinin rəisi, polis kapitanı Orxan Məmmədli, Binəqədi Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanların profilaktikası işləri üzrə inspektoru, polis leytenantı Lalə Əliyeva, 157 nömrəli tam orta məktəbin direktoru Fatma İbrahimova, 157 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi iştirak etdilər.
Dövlət Himninin və şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə giriş sözü ilə çıxış edən 157 nömrəli tam orta məktəbin direktoru Fatma İbrahimova qonaqları salamlayaraq cəmiyyəti narahat edən narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbirin təşkilatçılığı üçün dövlət qurumlarına təşəkkürünü bildirdi.
Tədbirdə çıxış edən Binəqədi RİH başçısının müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Rayon Komissiyasının sədri Sevinc Süleymanova qonaqları salamlayaraq cəmiyyətdə hər bir şəxsiyyətin formalaşması üçün ilkin tərbiyənin, şüurunda həkk olunan öyüd-nəsihətin, ailə mühitinin və ailə tərbiyəsinin mühüm əhəmiyyət kəsb etməsini vurğulayaraq, əsrin bəlası olan narkomaniyaya qarşı mübarizədə hamının səfərbər olmalı olduğunu söylədi və bu məsələlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu, yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlərin keçirildiyini, görüşlərin mütəmadi davamı olduğunu qeyd etdi.
Növbəti çıxış edən Binəqədi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Məmmədov gənclərimizi və uşaqlarımızı narkomanlığın necə bir bəla olduğunu, bu bəladan uzaq durmalarını və ətraflarında olan insanları da “ağ ölüm”dən qorumaq üçün çalışmalarının vacibliyini qeyd edərək, narkotik vasitələrin insan orqanizminə göstərdiyi mənfi təsirlər və gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə danışıb, yeniyetmə və gəncləri bu zərərli vərdişlərdən uzaq durmağa çağırdı.
Daha sonra çıxış edən Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanların profilaktikası işinin təşkili bölməsinin rəisi, polis kapitanı Orxan Məmmədli narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı rayon ərazisində aparılan mübarizəyə diqqət çəkərək bildirdi ki, rayon polisi narkotik vasitələrin alveri ilə məğul olanların tutularaq məsuliyyətə cəlb edilməsi istiqamətində müxtəlif əməliyyat tədbirləri həyata keçirir və bundan sonra da narkotiksiz cəmiyyət üçün mübarizəsini ardıcıl şəkildə davam etdirən polisin fəaliyyətinin ictimaiyyət, əsasən də valideyn və təhsil müəssisələri tərəfindən aktiv formada dəstəklənməsi zəruri olduğunu, bildirdi.
Tədbir şağirdləri maraqlandıran suallar təşkilatçılar tərəfindən ətraflı cavablandırmaqla müzakirə formatında davam etdi.