Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkomaniyaya yox deyək!” mövzusunda elmi-praktik konfrans keçirildi

19 aprel 2013 | 10:00

18 aprel 2013-cü il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Komissiyası və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Komissiya Dövlət Komissiyasının işçi qrupu ilə birgə  elmi-praktik konfrans keçirildi.
İlk öncə 26 saylı Uşaq Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinin “Narkomaniyaya yox!” mövzusunda çəkdiyi rəsmlərin sərgisinə baxış keçirildi.
Tədbiri giriş sözü ilə Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Komissiyanın sədri, Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov açaraq bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaratdığını və cinayətkarlığın artmasına səbəb olan amil olduğunu, ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi və ona qarşı mübarizə sahəsində dövlətin strateji istiqamətlərinin müəyyən olunduğunu diqqətə çatdırdı.
Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Komissiyanın üzvü, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin müdiri Yunis Hüseynov komissiyanın əsas məqsədi, ötən dövr ərzində rayon üzrə narkomaniyaya qarşı mübarizə üzrə həyata keçirilmiş profilaktik tədbirlər və görülmüş işlər barədə məruzə ilə çıxış etdi.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Vasif Quliyev, Respublika QİÇŞ-lə Mübarizə Mərkəzinin həkimi Dilşad Mahmudov, Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu Mikayıl Qarayev hazırda dövlət tərəfindən narkomaniyaya qarşı aparılan mübarizədən danışdılar. Bu sahədə müsbət irəliləyişin əldə olunması üçün, tədris müəssisələrində, ictimai yerlərdə maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyi vurğuladılar.
Tədbir iştirakçılarına məlumat broşürləri paylanıldı.

Keçidlər