Şriftin ölçüsü :

Saytın rəngi :

2016-cı ilin aprel döyüşlərində şəhid olmuş Emin Bağırovun və Fəxrəddin Qurbanlının ailələri ziyarət edildi

11 mart 2017 | 11:00

11 mart 2017-ci il tarixində 283 saylı tam orta məktəbin rəhbərliyi, 11-ci sinif şagirdləri və Binəqədi qəsəbə icra nümayəndəsi Elxan Əliyev Binəqədi rayonunun ərazisində yaşayan, aprel döyüşlərində şəhid olmuş Emin Bağırovun və Fəxrəddin Qurbanlının ailələrini ziyarət etdilər.
Aprel döyüşlərində qoşunların təmas xəttində şəhid olmuş Azərbaycan Milli Ordusunun əsgərləri Emin Bağırov və Fəxrəddin Qurbanlı haqqında onların valideynləri şagirdlərə məlumat verdilər və  övladlarının şəhidlik zirvəsinə yüksəldikləri üçün qürur duyduqlarını bildirdilər.  Şəhid ailələri övladlarının hərbi xidmətdə olduqları dövrdə olan foto albomları və fikirlərini şagirdlər ilə bölüşdülər. Sonda şəhidlərin ataları qeyd etdilər ki, aprel döyüşləri nəticəsində Qarabağın işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 24 yanvar 2017-ci il tarixində Sərəncam imzalamışdır. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranmışdır. O cümlədən, şəhidlərin ataları onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə təşəkkürlərini bildirdilər.
Azərbaycan torpaqları uğrunda qəhrəmancasına həlak olmuş bütün şəhidlərimizə Allah rəhmət eləsin!

Keçidlər