YAP Binəqədi rayon təşkilatının Binəqədi rayonu, Azadlıq prospekti 200 ünvanlı (9 saylı qadın məsləhətxanası) ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirildi
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının IX konfransının keçirilməsi ilə bağlı hazırlıq işləri çərçivəsində ərazi ilk partiya təşkilatlarının hesabat-seçki yığıncaqları davam edir. Bu məqsədlə 1 mart 2017-ci ildə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Binəqədi rayonu, Azadlıq prospekti 200 ünvanlı (9 saylı qadın məsləhətxanası) ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirildi.
Hesabat-seçki yığıncağında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Vüsar İsmayılov, rayon partiya təşkilatının əməkdaşı Səbinə Zeynalova, ərazi ilk partiya təşkilatının sədri Tərifə İsgəndərova, Yeni Azərbaycan Partiyası könüllüləri və ərazi ilk partiya təşkilatının üzvləri iştirak etdilər.
Ərazi ilk partiya təşkilatının sədri Tərifə İsgəndərova iclası giriş sözü ilə açaraq qonaqları salamladı və iclasın gündəliyini diqqətə çatdırdı. Yığıncaqda ərazi ilk partiya təşkilatının sədrinin hesabat məruzəsinin, təşkilati məsələlərin və rayon təşkilatının IX konfransına seçiləcək nümayəndənin müzakirə ediləcəyini bildirdi. Hesabat məruzəsi ilə çıxış edən Tərifə İsgəndərova təşkilat tərəfindən həyata keçirilən tədbirlər və layihələr barədə danışdı. Partiya üzvlərinin öz aktiv fəaliyyətləri ilə seçildiklərini və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının tədbirlərində mütəmadi iştirak etdiklərini tədbir iştirakçılarının nəzərinə çatdırdı. O, həmçinin partiyaya üzv olmaq üçün təşkilata çoxsaylı müraciətlərin edildiyini və hazırda üzvlərin sayının 64 nəfər olduğunu diqqətə çatdırdı. Qeyd olundu ki, təşkilatın fəaliyyət planında nəzərdə tutulan bütün məsələlər uğurla həyata keçirilib, bundan sonra da qarşıya qoyulan vəzifələr məsuliyyətlə icra edilməyə davam edəcək.
Yığıncaqda çıxış edən ərazi ilk partiya təşkilatının üzvləri – Arzu Nurməmmədova, Tamilla Hacıyeva, Sona Qasımova hesabat məruzəsinin qənaətbəxş olduğunu bildirdilər.
Hesabat məruzəsi səsə qoyularaq qəbul edildikdən sonra təşkilati məsələlər geniş müzakirə olundu. Qərara əsasən 5 nəfərdən ibarət İdarə Heyəti, Tərifə İsgəndərova sədr, Sevinc Əmirova sədr müavini və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının IX konfransına 1 nəfər nümayəndə seçildi.
Sonda Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədr müavini Vüsar İsmayılov yekun nitqi ilə çıxış edərək bildirdi ki, Azərbaycanda bütün sahələrdə ciddi islahatlar həyata keçirilir, yaşayış standartları dəyişir və bu kontekstdə səhiyyə xidmətinin keyfiyyətinə də tələbat təbii olaraq yüksəlir. O, qeyd etdi ki, bu gün Azərbaycanda ən yüksək standartlara cavab verən onlarla müalicə müəssisələri inşa edilib, müasir tibbi avadanlıqlarla təchiz edilib.
Vüsar İsmayılov həmçinin dünyada baş verən gərgin ictimai-siyasi proseslərin fonunda Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən uğurlu siyasətdən bəhs etdi. Vurğuladı ki, bu gün ölkəmiz bütün sahələr üzrə böyük uğurlar qazanır və dövlətimizin nüfuzu durmadan artır. Təbii ki, bütün bunlar ulu öndər Heydər Əliyev siyasi kursunun ardıcıl və məqsədyönlü şəkildə davam etdirilməsinin nəticəsidir. Vüsar İsmayılov çıxışının davamında ərazi ilk partiya təşkilatının fəaliyyəti barədə danışaraq hesabatı qənaətbəxş hesab etdi. Yeni seçilmiş sədr və sədr müavinini təbrik edərək onlara işlərində uğurlar arzuladı.