Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Binəqədi rayonu, Azadlıq prospekti 176 ünvanlı (10 saylı şəhər poliklinikası) ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirildi

09 mart 2017 | 11:00

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının IX konfransının keçirilməsi ilə bağlı hazırlıq çərçivəsində ərazi ilk partiya təşkilatlarının hesabat-seçki yığıncaqları davam edir. Bu məqsədlə 9 mart 2017-ci ildə Binəqədi rayonu Azadlıq prospekti 176 ünvanlı (10 saylı şəhər poliklinikası) ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirildi.
Hesabat-seçki yığıncağında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, rayon partiya təşkilatının  əməkdaşı Səbinə Zeynalova, ərazi ilk partiya təşkilatının sədri Aşura Şirinova, Yeni Azərbaycan Partiyası könüllüləri və ərazi ilk partiya təşkilatının üzvləri iştirak etdilər.
Ərazi ilk partiya təşkilatının sədri Aşura Şirinova iclası giriş sözü ilə açaraq qonaqları salamladı və iclasın gündəliyini diqqətə çatdırdı. Yığıncaqda ərazi ilk partiya təşkilatının sədrinin hesabat məruzəsinin, təşkilati məsələlərin və rayon təşkilatının IX konfransına seçiləcək nümayəndənin müzakirə ediləcəyini bildirdi. Hesabat məruzəsi ilə çıxış edən Aşura Şirinova təşkilat tərəfindən həyata keçirilən tədbirlər və layihələr barədə danışdı. Partiya üzvlərinin öz aktiv fəaliyyətləri ilə seçildiklərini və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının tədbirlərində mütəmadi iştirak etdiklərini tədbir iştirakçılarının nəzərinə çatdırdı. O, həmçinin partiyaya üzv olmaq üçün təşkilata çoxsaylı müraciətlərin edildiyini və hazırda üzvlərin sayının 91 nəfər olduğunu diqqətə çatdırdı. Qeyd olundu ki, təşkilatın fəaliyyət planında nəzərdə tutulan bütün məsələlər uğurla həyata keçirilib, bundan sonra da qarşıya qoyulan vəzifələr məsuliyyətlə icra edilməyə davam edəcək.
Yığıncaqda çıxış edən ərazi ilk partiyasının üzvləri - Qadınlar Şurasının sədri Aybəniz Abbasova, Gülnarə Qarayeva, Sevda Səmədova hesabat məruzəsinin qənaətbəxş olduğunu bildirdilər.
Hesabat məruzəsi səsə qoyularaq qəbul edildikdən sonra təşkilati məsələlər geniş müzakirə olundu və qərar qəbul edildi. Qərara əsasən 7 nəfərdən ibarət İdarə Heyəti, Aşura Şirinova sədr, Gülnarə Qarayeva və Gülnarə Süleymanova sədr müavinləri və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının IX konfransına 3 nəfər nümayəndə seçildi.
Sonda Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov yekun nitqi ilə çıxış edərək  qeyd etdi ki, ərazi ilk partiya təşkilatlarının hesabat-seçki yığıncaqlarının həyata keçirilməsi mühüm və əlamətdar hadisədir. Sədr fürsətdən istifadə edərək 10 saylı şəhər poliklinikasının kollektivi ilə görüşməkdən məmnunluğunu ifadə etdi.
Daha sonra Ramiz Göyüşov  çıxışında bildirdi ki, Azərbaycanda bütün sahələrdə ciddi islahatlar həyata keçirilir, yaşayış standartları dəyişir və bu kontekstdə səhiyyə xidmətinin keyfiyyətinə də tələbat təbii olaraq yüksəlir. Sədr bildirdi ki, icbari tibbi sığorta sisteminə keçilməsinin zəruriliyi “Tibbi sığorta haqqında” qanunda təsbit olunub. Ötən müddət ərzində yeni sistemin tətbiq edilməsi ilə əlaqədar bir çox ciddi islahatların həyata keçirildiyini bildirən Ramiz Göyüşov qeyd etdi ki, bu gün Azərbaycanda onlarla ən yüksək standartlara cavab verən müalicə müəssisələri inşa edilib, müasir tibbi avadanlıqlarla təchiz edilib. Sədr çıxışında bildirdi ki, regionlarda müasir diaqnostika mərkəzlərinin yaradılması, ölkəmizdə sosial siyasətin mahiyyətini əks etdirən bariz nümunədir. Bütövlükdə, dövlət tərəfindən həyata keçirilən islahatlar, görülən işlər səhiyyə sahəsində yeni sistemə keçidin etibarlı əsasını yaradır.

Keçidlər