158 saylı körpələr evi-uşaq bağçasının müdiri Əsədova Rəfiyyə İslam qızı rayonun ictimai-mədəni həyatında səmərəli fəaliyyətinə görə və 65 illik yubileyi münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edildi
02 aprel 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətində rayon ərazisində fəaliyyət göstərən 158 saylı körpələr evi-uşaq bağçasının müdiri Əsədova Rəfiyyə İslam qızı rayonun ictimai-mədəni həyatında səmərəli fəaliyyətinə görə və 65 illik yubileyi münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edildi.
Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova Rəfiyyə xanımı təbrik edərək ona gələcəyimiz olan körpələrimizin təlim-tərbiyə işində uğurlar arzu etdi.
Rəfiyyə Əsədova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən genişmiqyaslı işlərə, gələcəyimiz olan körpələrin sağlam və xoşbəxt böyümələri üçün göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirdi.