Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “N” saylı hərbi hissədə bayram tədbiri keçirildi

15 mart 2017 | 11:00

“Novruz” bayramı münasibətilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində Binəqədi Rayon Gənclər və İdman İdarəsi və “Azərtar” MMC-nin birgə təşkilatçılığı ilə bayram tədbiri keçirildi.
Tədbirdə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, hərbi hissə komandirinin psixoloji təminat üzrə müavini, polkovnik-leytenant Zabil Əliyev, Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev, “Azərtar” MMC-nin rəhbəri Cavanşir Həsənov, hərbi hissənin zabit və şəxsi heyəti iştirak etdilər.
Hərbçilər qarşısında çıxış edən Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, bələdiyyə sədri Hikmət Quliyev və polkovnik-leytenant Zabil Əliyev onları “Novruz” bayramı münasibətilə təbrik etdilər və hərbi xidmətdə uğurlar dilədilər, orduda xidmət edən hərbçilərimizin hər bir gənc üçün nümunə olduğunu vurğuladılar.
Tədbirdə bir qrup mədəniyyət işçisi Binəqədi rayonunda həyata keçirilən tədbirlərdə fəal iştirakına görə Binəqədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən Fəxri fərmanla təltif olundular.
Tədbir mədəniyyət və incəsənət ustalarının iştirakı ilə konsert proqramı ilə davam etdirildi. Novruzun əsas personajları olan kosa və keçəlin bir-birindən maraqlı çıxışları tədbirə əlavə rəng qatdı, əsgərlərdə xoş ovqat yaratdı.

Keçidlər