Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayon məktəbliləri arasında “Veloidman” yarışı keçirildi

16 mart 2017 | 11:00

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Olimpiya Hərəkatı” layihəsi çərçivəsində Binəqədi rayonu, S.S.Axundov küçəsi (metronun “Dərnəgül” stansiyasının üzəri) istiqamətində 16 mart 2017-ci il tarixdə Binəqədi rayon məktəbliləri arasında “Veloidman” yarışı keçirildi.
Yarışın açılış mərasimində Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yarışlara məsul şəxsi Ruslan Məmmədov, 14 saylı Uşaq-Gənclər İdman Məktəbinin direktoru Vüqar Hüseynov iştirak etdilər.
Yarışın nəticəsinə əsasən 115 №li tam orta məktəbin komandası birinci yeri, 244 №li tam orta məktəbin komandası ikinci yeri, 301 №li tam orta məktəbin komandası üçüncü yeri tutdu. Qaliblər təşkilatçılar tərəfindən diplom və kubokla mükafatlandırıldılar.
“Veloidman” yarışında 7-8-ci sinif  şagirdləri iştirak edib, komandaların tərkibi - 3 nəfər oğlan, 1 nəfər qız (2 ehtiyat oyunçu) və 1 nəfər müəllimdən ibarət olub. Yarışda hakimlik Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təyin edilmiş hakimlər kollegiyası tərəfindən həyata keçirilib.

Keçidlər