Binəqədi rayon Mərkəzi Kitabxana Sistemininin Mərkəzi Kitabxanasında “Xonçalı Novruz gəlir” adlı tədbir keçirildi
Martın 15-də Binəqədi rayon Mərkəzi Kitabxana Sistemininin Mərkəzi Kitabxanasında “Xonçalı Novruz gəlir” adlı tədbir keçirildi.
Tədbir Azərbaycan xalqının tarixi qədim olan Novruz bayramına həsr olunmuşdu. Tədbirdə kitabxananın fəal oxucuları iştirak etdilər.
Tədbiri Binəqədi rayon MKS-nin direktoru Rəna Biləndərli açaraq Novruzun xalqımızın ən gözəl və sevimli bayramı olduğunu vurğuladı.
İnformasiya resurs şöbəsinin müdiri Şəfiqə Ağayeva çıxış edərək “Novruz bayramı – Azərbaycanın milli adət-ənənəsi” mövzusunda çıxış etdi və “Novruz adətləri” adlı video-çarx nümayiş olundu.
Uşaq şöbəsinin müdiri Səidə Sərdarova oxuculara “Novruz şirniyyatları”ndan bəhs etdi. Daha sonra baş kitabxanaçı Aygün Əliyeva və biblioqraf Minayə Hüseynova tədbir iştirakçıları ilə Novruz bayramının adətlərindən olan müxtəlif əyləncəli oyunlar təşkil etdi.
Azərbaycan xalqının bağlandığı və geniş şəkildə qeyd etdiyi Novruz bayramında süfrələrə cürbəcür xörəklər, meyvələr, şirniyyatlar düzülür. Süfrənin bəzəyi isə səməni olur. Adət-ənənəyə uyğun olaraq bayram günü hər kəs öz evində olmalıdır. Qəmi-kədəri unudub, şən əhval-ruhiyədə və bir-birinə xoş sözlər deməlidirlər.
Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə, xüsusilə də, Mərkəzi Asiyada, İranda, Pakistanda, Türkiyədə, Qazaxıstanda, Tacikistanda, Özbəkistanda, Türkmənistanda, Qırğızıstanda xüsusi təntənə ilə qeyd olunur. 2009-cu il sentyabrın 30-da isə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səyi nəticəsində Novruz bayramı YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.