Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, Atatürk prospekti 37 ünvanlı (215 saylı körpələr evi-uşaq bağçası) ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirildi

02 mart 2017 | 11:00

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının IX konfransının keçirilməsi ilə bağlı hazırlıq işləri çərçivəsində ərazi ilk partiya təşkilatlarının hesabat-seçki yığıncaqları davam edir. Bu məqsədlə 2 mart 2017-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, Atatürk prospekti 37 ünvanlı (215 saylı körpələr evi-uşaq bağçası) ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirildi.
Hesabat-seçki yığıncağında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, təşkilatın əməkdaşları Kubra Əliyarlı, Orxan Əlixanlı, ərazi ilk partiya təşkilatının sədri Aliyə Haqverdiyeva, Yeni Azərbaycan Partiyası könüllüləri və ərazi ilk partiya təşkilatının üzvləri iştirak etdilər.
İclası giriş nitqi ilə açan Aliyə Haqverdiyeva gündəlikdə duran məsələlər barədə məlumat verdi. Bildirdi ki, iclasda gündəliyə əsasən ərazi ilk partiya təşkilatı tərəfindən hesabat dövrü ərzində görülən işlərin, təşkilati məsələlərin müzakirəsi və rayon təşkilatının IX konfansına nümayəndənin seçilməsi nəzərdə tutulur.
İclasda geniş hesabat məruzəsi ilə çıxış edən ərazi ilk partiya təşkilatının sədr müavini Mətanət Muxtarova ötən hesabat dövrü ərzində görülən işlər haqqında danışdı. Qeyd etdi ki, təşkilat Yeni Azərbaycan Partiyasının Proqram və Nizamnaməsinə, partiya rəhbərliyinin tapşırıq və tövsiyyələrinə uyğun olaraq uğurla fəaliyyət göstərib. Üzvlərin partiyanın fəaliyyətində daha yaxından iştirakı və onlar arasında birgə əməkdaşlığın, ünsiyyətin qurulması istiqamətində mütəmadi görüşləri təşkil edilir. Həmçinin tarixi əhəmiyyətli günlərin, bayram və matəm günlərinin qeyd edilməsi, həmin tarixi günlərlə bağlı məlumatların cəmiyyətə çatdırılması, işıqlandırılması istiqamətində də mühüm tədbirlər keçirilir. Sədr müavini ərazi ilk partiya təşkilatının bundan sonra da qarşıya qoyulan vəzifələri uğurla və layiqincə yerinə yetirəcəyini vurğuladı.
İclasda hesabat məruzəsi ətrafında çıxış edən ərazi ilk partiya təşkilatının üzvləri – Təranə Məlikova, Ülviyyə Qurbanova hesabat məruzəsinin qənaətbəxş olduğunu bildirdilər. Onlar təşkilat daxilində birgə fəaliyyətin yüksək səviyyədə qurulduğunu söylədilər.
Hesabat məruzəsi səsə qoyulara qəbul edildikdən sonra gündəlikdə duran digər məsələlər ətrafında müzakirələr aparıldı və müvafiq qərarlar qəbul edildi. Qərarlara ərazi ilk partiya təşkilatının 5 nəfərdən ibarət İdarə Heyəti, Aliyə Haqverdiyeva sədri, Mətanət Muxtarova sədr müavini və rayon təşkilatının IX konfransına 1 nəfər nümayəndə seçildi.
İclasda yekun nitq söyləyən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və müxtəlif sahələrin inkişafına yönəlmiş uğurlu islahatlardan bəhs etdi. Bildirdi ki, bu gün dünyada iqtisadi, siyasi, sosial böhranın olmasına baxmayaraq dövlət başçısı cənab İlham Əliyev dövlətimizin inkşafı və xalqımızın rifah halının daha da yaxşılaşdırılması üçün mühüm işlər görür. Görülən işlər xalqımızın dövlətinə və dövlət başçısına olan inamını, etimadını daha da artırır və bu inam onları Yeni Azərbaycan Partiyası sıralarına daxil olmağa sövq edir. Sədr bu ilin fevral 21-də dövlət başçısının müvafiq sərəncamı ilə Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsinə münasibət bildirərək, bunun ölkəmizin inkişafına mühüm töhfələr verəcəyinə əminliyini qeyd etdi.
Ramiz Göyüşov həmçinin Binəqədi rayonunda görülən işlərdən, rayon təşkilatı tərəfindən keçirilən uğurlu tədbirlərdən və layihələrdən danışdı. 215 saylı körpələr evi-uşaq bağçasının rayon ərazisində uğurla fəaliyyət göstərən bağçalarda biri olduğunu, burada tərbiyə alan uşaqların hərtərəfli inkşafı üçün müəllimlərin əməyinin yüksək olduğunu söylədi. Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, Atatürk prospekti 37 ünvanlı ərazi ilk partiya təşkilatının fəaliyyətini qənaətbəxş edərək, partiya üzvlərini daha əzmlə çalışmağa və partiyanın fəaliyyətində yaxından iştirak etməyə çağırdı. Sədr çıxışının sonunda yeni seçilən tərkibə, partiya üzvlərinə tövsiyyələrini verdi, onları təbrik edərək gələcək işlərində uğurlar arzuladı.

Keçidlər