Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində binəqədili məktəblilərinin Naxçıvan Muxtar Respublikasına səfəri uğurla başladı

18 mart 2017 | 11:00
16 mart tarixində “Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Naxçıvan Muxtar Respublikasına yola düşən binəqədili məktəblilərinin  səfəri uğurla başladı. 
İlk gündə şagirdlər Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər. Daha sonra Naxçıvan şəhəri haqqında şagirdlərə geniş məlumat verildi və günün sonunda şagirdlər asudə vaxtını idman oyunları ilə başa vurdular.
17 mart tarixində şagirdlər Ordubad və Kəngərli rayonlarında oldular və şagirdlərə qədim tarixə malik olan Ordubad və Kəngərli haqqında geniş məlumat verildi.
Daha sonra şagirdlər Naxçıvan Dövlət Universitetində oldular və Binəqədi rayonu adından Universitetin rektoru Saleh Məhərrəmova hədiyyə təqdim etdilər.
Şagirdlər Culfa rayonunun Xanəgah kəndində Əlincəçayın sağ sahilində eyni adlı dağın zirvəsində olan tarixi memarlıq abidəsi, Naxçıvan - Marağa memarlıq məktəbinin ən gözəl nümunələrindən biri olan Əlincə qalasında oldular və şagirdlərə tarixi məkan haqqında geniş məlumat verildi.

Keçidlər