Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu 138 saylı körpələr evi-uşaq bağçasında Novruz şənliyi keçirildi

17 mart 2017 | 11:00

17 mart 2017-ci il tarixində Binəqədi rayonu 138 saylı körpələr evi-uşaq bağçasında Novruz şənliyi keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı, 138  saylı körpələr-evi uşaq bağçasının müdiri Seyranə Qasımova, bağçanın kollektivi və uşaq kontingenti iştirak etdilər. 
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı Azərbaycan xalqının qədim və çox sevimli bayramı olan Novruz bayramı münasibətilə bağçanın kollektivini, uşaqları təbrik etdi, xoş arzularını çatdırdı.  
Daha sonra Novruzun personajları olan Kosa və Keçəl 138 saylı bağçanın balaca fidanları ilə hazırladıqları maraqlı səhnəcikləri nümayiş etdirdilər.

Keçidlər