Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” layihəsinin birinci mərhələsi başa çatdı

19 mart 2017 | 11:00

19 mart tarixində “Ölkəmizi tanıyaq” layihəsinin birinci mərhələsi başa çatdı. Naxçıvan Muxtar Respublikasına 4 günlük səfər edən Binəqədi məktəbliləri Heydər Əliyev Beynəlxalq Hava Limanında təntənəli surətdə qarşılandı.
Gənclər Azərbaycan Dövlət Televiziyasına müsahibə verdi və onları qarşılayan Binəqədi Rayon İcra Hakimiyyətinin və Binəqədi Rayon İdman və Gənclər İdarəsinin əməkdaşları ilə layihə barədə xoş təəssüratlarını bölüşdülər. Binəqədi məktəbliləri bu tur çəriçivəsində bölgələrdə çox isti qarşılandıqlarını və həqiqətən də Azərbaycanımızın hər bir bölgəsinin sürətlə inkişaf etdiyinin şahidi olduqlarını bildirdilər.
Hava limanından Binəqədi rayonu Heydər Əliyev adına istirahət parkına gələn məktəblilər burada valideynləri və Rayon İcra Hakimiyyətinin şöbə müdirləri tərəfindən qarşılandılar və onlarla birgə xatirə şəkli çəkildi.

Keçidlər