Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Dövlət Təhlükəsizliyi Xidmətinin 98-ci ildönümü qeyd edildi

27 mart 2017 | 11:00

Ulu öndər Heydər Əliyevin 1997-ci il 23 mart tarixli Fərmanı ilə 28 mart – Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 dekabr 2015-ci il tarixli 706 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin əsasında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti yaradılmışdır. 28 mart 2017–ci il tarixində Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin 98-ci ildönümü münasibəti ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov və Aparatın Hüquq şöbəsinin müdiri Yunis Hüseynov Dövlət Təhlükəsizliyi Xidmətinin inzibati binasında oldular və bir sıra əməkdaşları Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif etdilər.

Keçidlər